MPAY QSC

IT idarəetmə üzrə mütəxəssis (IT Governance)

MPAY QSC
Ə/h razılaşma ilə
897
Tam iş günü
Bakı, Azərbaycan
05/12/2025 - 12/12/2025

İş haqqında məlumat

  • İT siyasətlər, proses və prosedurları, təlimat və qaydaları tərtib edir və təkmilləşdirilməsi üzrə təkliflər verir;
  • İT idarəetmə yanaşmalarının, standartlarının, ən yaxşı təcrübələri araşdırır, onalrın tətbiqi və uyğunluğuna nəzarət edir;
  • İT proseslərin iş axınını müəyyənləşdirir, onların təsnifatını (process statement) və blok sxemləri tərtib edir;
  • İT təhlükəsizlik tələblərinin tətbiqi üzrə prosesləri dəstəkləyir və icrasına kömək edir;
  • İT proseslərinin effektivliyinin ölçülməsi: KPI, KRI, SLA və OLA-ların monitorinqini təmin edir;
  • Tətbiq olunan və olunması planlaşdırılan yeni texnologiyalar ilə əlaqədar İT risklərin müəyyənləşdirilməsi, analiz, qiymətləndirmə, monitorinq və hesabatlılıq. üzrə araşdırma aparır, onların aradan qaldırılması üzrə təkliflər verir;
  • İT komplayens tələblərinə uyğun olaraq dövri nəzarət fəaliyyətlərinin icrasında iştirak edir .

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar xərcinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi. 

Tələblər

  • (COBIT, ITIL, ISO 27001) üzrə müvafiq sertikatların olması;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Komanda şəklində işləmə bacarığı;
  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti;
  • Analitik təhlil bacarığı ;
  • İT idarəetmə üzrə əsas texniki biliklərə sahib olması;
  • İngilis və ya rus dili orta (intermediate) səviyyədə;
  • Ali təhsil.

Maraqlananlardan xahiş olunur, "CV göndər📤" düyməsində qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz.