Azerconnect LLC

İT korporativ platformaları üzrə Administrator

Azerconnect LLC
Ə/h razılaşma ilə
1269
Tam iş günü
Bakı, Azərbaycan
21/11/2025 - 21/12/2025

İş haqqında məlumat

  •  Korporativ İdarəetmə Platforma portfoliosunun davamlı inkişafına təkan verin və İT strategiyası kontekstində məhsulun vizyonu və məqsədləri ilə strateji uyğunluğu təmin edilməli;
  • Proyektlərin bütün mərhələlərində iştirak etmək, ilkin biznes tələblərinin toplanması, təklif sorğularının yaradılması və qiymətləndirməsi;
  • İnteqrasiyaların yerləşdirilməsi və idarə edilməsini asanlaşdırmaq üçün digər komandalarla əlaqə saxlanılmalı;
  • Mövcud informasiya sistemləri və  proqram tətbiqlərinin korporativ standartlara uyğun olaraq administrasiyası;
  • Mövcud informasiya sistemləri və proqram tətbiqlərinin konfiqurasiyası; 
  • Tələb olunan dəyişikliklər və yeni konfiqurasiyalarla bağlı vendorla kommunikasiya; 
  • Öyrənmə vasitəsilə texniki və peşəkar təcrübənin inkişafının davam etdirilməsinə cavabdeh olmaq. OJT-də fəal iştirak etmək; 
  • Korporativ Platformaların sınaqlarında iştirak etmək; 
  • Tələblər sənədini təhlil etmək, müvafiq sənaye standartları ilə bağlı boşluqları tapmaq, yəni proqram sistemlərinin və elementlərinin və əlaqəli məhsulların spesifikasiyası, dizaynı, inkişafı və saxlanması;
  • Kritik biznes problemlərinin həlli və planlaşdırılmış yeniləmə/təkmilləşdirmə işlərində iştirak üçün 24/7 əlçatanlıq;
  • Korporativ Platformaların qüsursuz istismarı və saxlanmasına cavabdeh olan komandaya dəstək olmaq; 
  • Biznes müştəriyə mövcud biznes tələblərinin yaradılması və qiymətləndirilməsi üçün dəstəyin göstərilməsi; 
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək; 
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək; 
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək. 

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Maraqlanan namizədlər  "CV göndər📤" düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Tələblər

  • Kompüter Elmləri /Elektron  Mühəndisliyi /Telekommunikasiya ilə əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Proqramlaşdırma dilləri, Verilənlər Bazası, Əməliyyat sistemləri və s. üzrə biliklər;
  • Korporativ Platformalarının idarə edilməsi, mühəndisliyi, konfiqurasiyası və idarə edilməsi sahəsində bilik və təcrübə arzuolunandır;
  • Agile və Waterfall proqram təminatının inkişaf etdirilməsi metodologiyaları haqqında biliklər arzuolunandır;
  • Korporativ Platformalarının layihələndirilməsi, inkişafı, mühəndisliyi, tətbiqi, inteqrasiyası və dəstəyi sahəsində təcrübə arzuolunandır;
  • Proqram təminatının dəyişdirilməsi və Buraxılışının İdarə Edilməsi sahəsində təcrübə; 
  • Korporativ platformalarının layihələndirilməsi, inkişafı, mühəndisliyi, tətbiqi, inteqrasiyası və dəstəyi üzrə təcrübə arzuolunandır
  • Tətbiqlə bağlı biznes bölmələrinin iş axını və proses tələblərini başa düşmək; 
  • Mükəmməl problem həll etmə/analitik bacarıqlar və mürəkkəb problemlərin aradan qaldırılması üsulları; 
  • UNIX/Linux bilikləri;
  • SQL and PL/SQL Proqramlaşdırma bilikləri; 
  • Shell Scripting bilikləri;
  • Kubernetes/ Docker bilikləri arzuolunandır;
  • Peşəkar münasibət, işə həvəs, çevik və dinamik davranış;
  • Yaxşı ünsiyyət və danışıq qabiliyyəti;
  • Komanda işi və əməkdaşlıq bacarıqları; 
  • Analitik və problem həll etmə bacarığı; 
  • Yaxşı təqdimat bacarığı (şifahi və yazılı); 
  • Mükəmməl səviyyədə Azərbaycan və İngilis dil biliyi (rus dili səviyyəsi üstünlük verir).

Oxşar vakansiyalar