İT Layihə meneceri

Do İT MMC
Ə/h razılaşma ilə
1056
Tam iş günü
Bakı, Azərbaycan
06/11/2025 - 06/12/2025

İş haqqında məlumat

  • İnformasiya sistemlərinin (ESD, İntranet Portal, Təlim idarəetmə sistemi və s.) tətbiqi üzrə layihələrin və təşkilat daxili layihələrin idarə edilməsi;
  • Layihələrin gedişatını planlaşdırmaq, koordinasiya etmək və monitorinqini aparmaq;
  • Maraqlı tərəflər üçün həftəlik və aylıq status-hesabatların hazırlanması və keçirilməsi;
  • Layihə komandasının tapşırıqlarını bölüşdürmək və icrasına nəzarət etmək;
  • Biznes-analitik (BA) və proqramlaşdırma komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Müştəri və Vendor komandası ilə gündəlik əlaqənin saxlanması, onlayn və oflayn görüşlərin təşkili;
  • Layihələrin məhsuldar (produktiv) istismarında iştirak etmək;
  • Müştərilərlə yeni tələblər və yeniləmələrlə bağlı görüşlərdə iştirak etmək və nəticələri sənədləşdirmək;
  • Yeni əməkdaşlar üçün adaptasiya planlarının hazırlanması və icrasına nəzarət;
  • Daxili prosedurların icrasına nəzarət;
  • Görülən işlər üzrə dövri hesabatların hazırlanması;
  • Marketing sahəsi üzrə biliklər üstünlükdür.

Əmək şəraiti

  • İş qrafiki: B.e.–Cümə, saat 09:00–18:00;
  • Mehriban və peşəkar komanda;
  • Maraqlı layihələr və şəxsi inkişaf imkanı;
  • Peşəkar təlimlərdə iştirak və karyera inkişafı perspektivi;
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Analitik və məntiqi düşüncə tərzi, strukturlaşdırılmış yanaşma;
  • Layihələrin idarə edilməsi, risklərin idarə edilməsi və resurs planlaşdırması prinsiplərini bilmək;
  • Tapşırıqların idarə olunması sistemləri (Bitrix24, Trello) ilə işləmə bacarığı;
  • İnformasiya texnologiyaları sahəsində biliklər;
  • MS Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyəli biliklər;
  • Microsoft Project proqramında yüksək səviyyədə işləmə bacarığı;
  • Ali təhsil (menecment, layihələrin idarə edilməsi, biznesin idarə edilməsi sahəsində üstünlük verilir);
  • Azərbaycan və rus dillərində mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
  • Ünsiyyətcillik, məsuliyyətlilik, stressə dözümlülük, komandada işləmək və müstəqil qərar vermək bacarığı;
  • Öyrənməyə və inkişaf etməyə meyillilik.

Arzuolunanlar:

  • Marketing sahəsi üzrə biliklər;
  • Sosial şəbəkə postları və e-mail göndərişləri üçün kontent hazırlanması;
  • Vebinarların təşkili və icrası (mövzuların seçilməsi, spikerlərlə koordinasiya, qeydiyyat prosesi və s.);
  • iSpring platformasında təlimlərin idarə olunmasına dəstək göstərmək;
  • Şirkətin veb-saytında məlumatların aktuallığının qorunmasına nəzarət etmək.

Oxşar vakansiyalar