Bakı,
Azərbaycan
30/04/2026
-
14/05/2026
İş haqqında məlumat
- IT layihələri üzrə texniki koordinator şirkət tərəfindən həyata keçirilən layihələr çərçivəsində avadanlıqların quraşdırılması, test edilməsi, işə salınması və monitorinq proseslərində iştirak edəcək. Vəzifənin əsas məqsədi avadanlıqların sahədə düzgün qurulmasını, təhlükəsiz və stabil şəkildə işləməsini təmin etməkdir.
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək;
- Quraşdırılması tamamlanan avadanlıqların test və işə düşürmə proseslərində iştirak etmək;
- Avadanlıqların sahədə montaj və konfiqurasiya proseslərini icra etmək və nəzarətdə saxlamaq;
- Quraşdırılmış avadanlıqların monitorinq proseslərində iştirak etmək;
- Sistemin tərkibinə daxil olan bütün avadanlıqların performansını yoxlamaq və stabil işləməsini təmin etmək;
- Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək
- Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək
- Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək
- Müxtəlif lokasiyalarda tapşırıqları yerinə yetirməyə hazır olmaq.
Tələblər
- Müvafiq sahə üzrə təhsil,
- Tələb olunan sahədə ən az 2 il iş təcrübəsi,
- Monitorinq sistemləri üzrə biliklərin olması,
- Orta səviyyədə ingilis dili biliyi,
- Sistem və şəbəkə testlərinin tətbiqi üzrə təcrübə,
- IP CCTV, NVR və s. sahələrdə təcrübə,
- Sürücülük vəsiqəsinin olması,
- Səyahət məhdudiyyəti olmaması,
- Sahə işlərində iştirak edə bilməsi,
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.