Bakı,
Azərbaycan
17.06.2025 15:19
-
17.07.2025 12:00
İş haqqında məlumat
- Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq;
- Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi;
- Mehmanxananın və biznes mərkəzinin səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq və təkliflərdə bulunmaq;
- Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası;
- Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri;
- Front-ofis Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi;
- Daxili və Xarici Elektron Poçt / Faks / Skanner proqram və kommunkasiya servis proqramları;
- Alqı-satqı aparılan yerdə ödənişlərin aparılması üçün terminallar sistemi;(Micros)Telefon zənglərinin qeydə alınması.Hab (şəbəkə özəyi)/ Sviç (kommutator) İdarəetmə Sistemləri.Elektron Qapı Kilidləmə Kompüter Sistemi;
- Kompüterlərin virusdan qorunması;
- Mehmanxana və Plazanın İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sisteminə nəzarət;
- Direktor/Maliyyə və Biznesə Yardım üzrə Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə;
- Bütün kompüter avadanlığı siyahısının yeniləşdirilməsi;
- Maksimal iş səmərəliliyinin təmin edilməsi üçün, kompüter sistem(lər)ində konfiqurasiya hesabatlarının, tapşırıq idarəetmə dillərinin, proqram fayllarının və data fayllarının idarə olunmasıfunksiyaların, alqı-satqı aparılan yerdə ödənişlərin edilməsi üçün terminallar sisteminin, və telefon zənglərinin qeydə alınması sisteminin başa düşülməsi, o cümlədən, amma bununla məhdudlaşmayan sistem təhlükəsizliyi, sistem hesabatları, administrator funksiyaları, sistem servis proqramları və istifadəçi funksiyaları;
- Komputer sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi;
- Texniki tələblərə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi;
- əndə şöbə rəhbərlərinə məlumat verilməsi ;
- Kompüter ilə əlaqəli cari məsələlər, yeni versiyalar, İİS tendensiyaları, viruslar və s. haqqında şöbə rəhbərlərinə məlumat verilməsi;
- Xüsusi mehmanxana və biznes mərkəz tələbatlarının ödənilməsi üçün tətbiqi proqramların və yaxud təkmilləşdirilmiş proqramların satın alınmasının əlaqələndirilməsi, bu tətbiqi proqramlar korporativ ofisin təyin etdiyi mövcud standartlara daxil olmadığı halda.
Tələblər
- İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 5-7 illər iş təcrübəsi;
- Çeviklik;
- Gərgin iş rejimində işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.