12 Inshaatchilar avenue, Baku 1100, Azerbaycan

İT Menecer Müavini

Mercure Hotels Baku City
Ə/h razılaşma ilə
412
Tam iş günü
Bakı, Azərbaycan
06/10/2026 - 20/10/2026

İş haqqında məlumat

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Hotelin İT sistemlərinin fasiləsiz və düzgün fəaliyyətinin təmin edilməsində İT Menecerinə dəstək olmaq;
  • İT Meneceri olmadıqda onun gündəlik işlərinin və tapşırıqlarının icrasını təmin etmək;
  • Kompüter, printer, POS, telefon və digər İT avadanlıqlarının texniki dəstəyini həyata keçirmək;
  • Əməkdaşların İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri operativ şəkildə həll etmək;
  • Hotelin şəbəkə, internet və sistemlərinin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki problemlərin aradan qaldırılmasını təmin etmək;
  • İT avadanlıqlarının inventar uçotunu və texniki vəziyyətinə nəzarəti həyata keçirmək;
  • İstifadəçi hesablarının, girişlərin və İT təhlükəsizliyi ilə bağlı proseslərin idarə edilməsində iştirak etmək;
  • Hotelin istifadə etdiyi proqram və sistemlərlə bağlı yaranan problemlərin həllini təmin etmək;
  • İT təhlükəsizliyi və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
  • İT Menecerinə hesabatların və digər sənədlərin hazırlanmasında dəstək olmaq;
  • İT şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək.

Tələblər

  • İT sahəsində minimum 2 il iş təcrübəsi;
  • Hotel sektorunda İT sahəsində iş təcrübəsi üstünlükdür;
  • İT sistemləri, kompüter avadanlıqları və şəbəkə üzrə yaxşı bilik;
  • Windows, MS Office və əsas sistem inzibatçılığı üzrə biliklər;
  • Şəbəkə, internet, printer, POS və digər periferiya cihazları ilə işləmə bacarığı;
  • Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • Rus dili biliyi üstünlükdür;
  • Liderlik və koordinasiya bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komanda idarəetməsi və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.