İT müəssisə resursların planlaşdırılması üzrə texniki mütəxəssis
Azerconnect LLC
Ə/h razılaşma ilə
5864
Tam iş günü
Bakı,
Azərbaycan
29/01/2026
-
12/02/2026
İş haqqında məlumat
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Hücum xarakterli təhlükəsizlik xidmətləri üzrə mütəxəssis olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Şəbəkə və sistemlərin zəif cəhətlərini müəyyən etmək üçün davamlı təhlillər aparmaq
- APİ (REST, SOAP) və Veb təhlükəsizlik dəyərləndirmələri aparmaq
- Android və İOS platformaları daxil olmaqla, mobil təhlükəsizlik dəyərləndirmələri aparmaq
- Müvafiq texnoloji fokus sahələrinin (məs. lokal hesablama mühiti, şəbəkə və infrastruktur) texniki risk və zəiflik dəyərləndirmələrini həyata keçirmək
- Texniki nəticələri müəyyən edən və tövsiyə olunan bərpa strategiyaları təqdim edən hesabatları hazırlamaq
- Müəyyən edilmiş zəifliklərin aradan qaldırılmasını təmin etmək üçün dövri monitorinq aparmaq
- Biznes ehtiyaclarına əsasən hücum ssenariləri hazırlamaq
- Daxili infrastrukturda zəiflikləri dəyərləndirmək
- Xüsusi alətlər vasitəsilə müdafiə xarakterli yoxlamalarda yanlış konfiqurasiyaları aşkarlamaq üçün hücum simulyasiyaları icra etmək
- Korporativ istifadəçiləri hədəfə alan fişinq simulyasiya kampaniyaları keçirmək
- Yüksək rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri icra etmək
Tələblər
- APİ təhlükəsizlik dəyərləndirmələri üzrə biliklərin və Postman və sair proqramlarla iş bacarıqlarının olması
- Android və İOS platformaları daxil olmaqla, Mobil təhlükəsizlik dəyərləndirmələrinə dair biliklərin olması
- Daxili və xarici infrastruktur dəyərləndirmələrinə dair biliklərin olması
- Kali Linux və s. təhlükəsizlik alətləri ilə iş bacarıqları (Burp Suit, emulyatorlar, postman, zəifliklər üçün skanerlər və s.)
- Kompüter şəbəkə konsepsiyaları və protokollarına, şəbəkə təhlükəsizlik metodlarına dair biliklərin olması
- Güclü araşdırma və ə problemlərin aradan qaldırılması bacarıqları
- Güclü ünsiyyət bacarıqları (şifahi və yazılı)