Bakı,
Azərbaycan
12/11/2025
-
12/12/2025
İş haqqında məlumat
- Şirkətin bütün IT infrastrukturunun (kompüterlər, serverlər, printerlər, routerlər, CCTV, ERP və CRM sistemləri) fasiləsiz işləməsini təmin etmək;
- Yeni istifadəçilərin sistemə qoşulması, e-poçt və domen hesablarının yaradılması və idarə edilməsi;
- LAN/WAN şəbəkəsinin idarəsi, internet bağlantısı və təhlükəsizlik sistemlərinə nəzarət;
- Backup (ehtiyat nüsxə) sistemlərinin mütəmadi yoxlanması və yenilənməsi;
- Hardware/software nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
- Office 365, Outlook, OneDrive, SharePoint və digər bulud əsaslı sistemlərin idarə edilməsi;
- ERP sistemlərində (Logo, Zoho, 1C və s.) istifadəçi hüquqlarının tənzimlənməsi və texniki dəstək;
- Antivirus, firewall və məlumat təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi;
- Printer, proyektor, POS və digər ofis avadanlıqlarının texniki xidmətinin təşkili;
- IT inventarının uçotu və dövri texniki auditlərin aparılması.
Əmək haqqı - Təcrübə və bilik səviyyəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılır.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “IT Mütəxəssisi” başlığı ilə göndərin. E-mail mövzu hissəsində yalnız “IT Mütəxəssisi” yazılmalıdır.
Tələblər
- Ali təhsil (İT, kompüter mühəndisliyi və ya əlaqədar ixtisas);
- Minimum 2–3 il IT sahəsində iş təcrübəsi;
- Windows Server, Active Directory, DHCP, DNS, Group Policy, VLAN, VPN, Mikrotik, Ubiquiti üzrə biliklər;
- TCP/IP, UDP, DNS, HTTP, HTTPS şəbəkə protokolları haqqında bilik;
- ERP və CRM sistemləri ilə işləmək təcrübəsi arzuolunandır;
- Windows OS və Office proqramları üzrə yüksək səviyyədə bilik;
- Məsuliyyət, operativlik və analitik düşünmə bacarığı;
- Komanda ilə işləmək və texniki problemləri effektiv həll etmək bacarığı;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərində texniki terminləri anlama bacarığı.
Üstünlüklər
- Şirkət daxilində peşəkar inkişaf və sertifikasiya imkanları;
- Yeni texnologiyaların tətbiqində aktiv iştirak;
- İT sistemlərinin modernləşdirilməsi layihələrində iştirak;
- Rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi.