AEM Elektron

İT Mütəxəssisi

AEM Elektron
Ə/h razılaşma ilə
218
Tam iş günü
Bakı, Azərbaycan
10/10/2026 - 24/10/2026

İş haqqında məlumat

İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu ilə məşğul olan şirkətimiz komandamıza avadanlıqların quraşdırılması, sazlanması və texniki problemlərin həlli üzrə İT mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • IP kameraların, videoregistratorların, şəbəkə avadanlıqlarının və digər zəif axın sistemlərinin quraşdırılması və ilkin sazlanması;
  • Avadanlıqların şəbəkəyə qoşulması, ilkin konfiqurasiyası və işlək vəziyyətinin yoxlanılması;
  • Kamera görüntüsü, şəbəkə bağlantısı, enerji təchizatı və avadanlıq konfiqurasiyası ilə bağlı nasazlıqların aşkarlanması və aradan qaldırılması;
  • Müştərilərə avadanlıqların istifadəsi və texniki istismarı barədə ilkin təlimatların verilməsi;
  • Satışdan sonra müştərilərdən daxil olan texniki müraciətlərin araşdırılması və həll edilməsi;
  • Zərurət olduqda obyektlərdə texniki baxış və servis işlərinin aparılması;
  • Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki qeydlərin aparılması;
  • Satış və texniki komandaya avadanlıqların texniki imkanları barədə dəstək göstərilməsi.

Tələblər

  • İT, elektronika, telekommunikasiya və ya əlaqəli sahə üzrə biliklər;
  • IP kameralar, NVR/DVR, switch, router və PoE avadanlıqları barədə praktiki biliklər;
  • Kabel infrastrukturu, şəbəkə bağlantısı və avadanlıqların sazlanması üzrə anlayış;
  • Texniki nasazlıqları müəyyən etmək və müstəqil həll yolları tapmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Obyektlərdə texniki işlərin aparılmasına hazırlıq.

Üstünlükdür:

  • CCTV və zəif axın sistemlərinin quraşdırılması üzrə praktiki təcrübə;
  • Texniki servis və ya avadanlıqların satışsonrası dəstəyi sahəsində təcrübə.

Biz nə təklif edirik?

  • Müxtəlif İT və təhlükəsizlik avadanlıqları ilə işləmək imkanı;
  • Praktiki texniki biliklərin inkişafı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.

Oxşar vakansiyalar