İnnovativ Layihələr Mərkəzi

İT Satınalma üzrə Mütəxəssis

İnnovativ Layihələr Mərkəzi
Ə/h razılaşma ilə
570
Tam iş günü
Bakı, Azərbaycan
27/08/2026 - 09/09/2026

İş haqqında məlumat

  • İT avadanlıqları, proqram təminatları, lisenziyalar və digər İT məhsullarının satınalmasının həyata keçirilməsi;
  • Ən uyğun qiymət və şərtlərin əldə olunması məqsədilə danışıqların aparılması;
  • İT sahəsi üzrə vendorların, istehsalçıların araşdırılması və qiymətləndirilməsi;
  • Mövcud İT vendorları ilə əməkdaşlıq və yeni vendorların müəyyən edilməsi;
  • Vendorlardan kommersiya təkliflərinin alınması, qiymət və şərtlərin müqayisə edilməsi;
  • Satınalma üzrə danışıqların aparılması və optimal kommersiya şərtlərinin əldə edilməsi;
  • Texniki spesifikasiyalara uyğun məhsul və xidmətlərin bazar araşdırmasının aparılması;
  • Satınalma sifarişlərinin, müqavilələrin və digər sənədlərin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsinin həyata keçirilməsi;
  • Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və texniki dəstək baxımından qiymətləndirilməsi.

Tələblər

  • Korporativ mühitdə iş təcrübəsi;
  • Satınalma sahəsində xüsusilə, İT avadanlıqlarının satınalması üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında (xüsusən Excel) sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə və müqayisəli təhlil bacarığı;
  • Effektiv kommunikasiya bacarığı;
  • Dil biliyi: İngilis dili və Rus dili biliyi;

Biz sizə nə təklif edirik?

  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Könüllü Tibbi Sığorta;
  • Dinamik və peşəkar iş mühiti;
  • Komanda quruculuğu və korporativ tədbirlər;

Qrafik: Saat 09:00-18:00 olmaqla, 5 günlük iş qrafiki.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Simurq Plaza.