hrin.az
Reklam
Azerconnect LLC

IT Senior Backup Platform and System Administrator

Azerconnect LLC

Əmək haqqı: Razılaşma

109813 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

İT Ehtiyyat Platforması və Sistem üzrə Aparıcı Administrator

Idarə: İnformasiya Texnologiyaları və Əsas Şəbəkə 

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Azerconnect IT sistemlərin backup platformlarini idarə etmək 
  • Azerconnect kritik IT sistemlerinin backup-larini vaxtinda almaq və saxlamaq
  • Azerconnect İT sistemlərini (Unix, Linux) idarə etmək. 
  • İT əməliyyatları strategiyasını dəstəkləmək. 
  • İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq 
  • Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək.
  • Əvvəlcədən tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq
  • Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək 
  • Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq. 
  • Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq
  • Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat. 
  • Proseslərin ardıcıl şəkildə icrasının və davamlı inkişafının təmin edilməsinə görə məsuliyyət daşımaq  
  • Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək
  • 2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək
  • Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək. 
  • Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək
  • Hadisələr və ya nöqsanlar barədə HOU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək
  • Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT Backup sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək  
  • İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək  
  • AZRC İT siyasətlərinə tam əməl etmək 
  • İT Təhlükəsizlik siyasətləri və göstərişlərinə əməl etmək 
  • Azerconnectin dəyişikliklərin idarə edilməsi göstərişlərinə tam əməl etmək 
  • Azerconnectin bütün inzibati tələblərinə tam əməl etmək 
  • Müdiriyyət tərəfindən tapşırılan vəzifə ilə əlaqədar tapşırıqları yerinə yetirmək 
  • Daxili tənzimləmə və prosedurları nəzərə almaq və onlara əməl etmək 

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil
  • ( RHCSA , RHCE) sertifikatlarına sahib olmaq tövsiyə olunur
  • IT   sahəsində ən azı 2 il iş təcrübəsi 
  • İngillis, Rus, Azərbaycan dillərində yaxşı oxumaq, yazmaq və danışmaq bacarığı 

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

 

Reklam