hrin.az
Reklam
Azerconnect LLC

IT Senior System Administrator

Azerconnect LLC

Əmək haqqı: Razılaşma

97312 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

İT Sistem üzrə Aparıcı Administrator

Funksiya: İnformasiya Texnologiyaları İdarəsi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Azerconnect İT sistemlərini (Unix, Linux) idarə etmək;
  • İT əməliyyatları strategiyasını dəstəkləmək;
  • İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq; 
  • Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
  • Əvvəlcədən tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq;
  • Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək; 
  • Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq;
  • Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;
  • Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat;
  • Proseslərin ardıcıl şəkildə icrasının və davamlı inkişafının təmin edilməsinə görə məsuliyyət daşımaq;  
  • Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək;
  • 2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək;
  • Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək;
  • Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
  • Hadisələr və ya nöqsanlar barədə HOU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək;
  • Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT Backup sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək;  
  • İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;  
  • AZRC İT siyasətlərinə tam əməl etmək; 
  • İT Təhlükəsizlik siyasətləri və göstərişlərinə əməl etmək;
  • Azerconnectin dəyişikliklərin idarə edilməsi göstərişlərinə tam əməl etmək; 
  • Azerconnectin bütün inzibati tələblərinə tam əməl etmək; 
  • Müdiriyyət tərəfindən tapşırılan vəzifə ilə əlaqədar tapşırıqları yerinə yetirmək; 
  • Daxili tənzimləmə və prosedurları nəzərə almaq və onlara əməl etmək. 

Vəzifənin tələbləri::

  • Ali təhsil;
  • (RHCSA , RHCE) sertifikatlarına sahib olmaq tövsiyə olunur;
  • IT sahəsində ən azı 2+ il iş təcrübəsi; 
  • İngillis, Rus, Azərbaycan dillərində yaxşı oxumaq, yazmaq və danışmaq bacarığı 

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • İnnovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.


Reklam