DataLead Consulting

IT Sistemləri və İstifadəçi Dəstəyi üzrə Mütəxəssis

DataLead Consulting
Ə/h razılaşma ilə
497
Tam iş günü
Bakı, Azərbaycan
10/06/2026 - 24/06/2026

İş haqqında məlumat

  • DataLead dövlət və korporativ sektor üçün data, analitika, süni intellekt və informasiya texnologiyaları istiqamətində xidmətlər göstərən komandadır.
  • Hazırda dövlət sektorunda həyata keçirdiyimiz layihələrdən biri üçün İT Sistemləri və İstifadəçi Dəstəyi üzrə Mütəxəssis axtarırıq.
  • Seçilmiş namizəd DataLead komandasında fəaliyyət göstərəcək və müştəri təşkilatın ofisində yerində texniki dəstək xidmətlərinin göstərilməsində iştirak edəcəkdir.

Əsas vəzifələr

  • İstifadəçi dəstəyi
  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi və operativ həlli
  • Kompüter, noutbuk və digər iş stansiyalarında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması
  • Microsoft Office, Outlook və digər gündəlik istifadə olunan proqram təminatları üzrə dəstəyin göstərilməsi
  • Elektron poçt, VPN və uzaqdan qoşulma problemlərinin həlli
  • Yeni əməkdaşların iş mühitinin hazırlanması və texniki təminatı

İş stansiyaları və ofis avadanlıqları

  • Kompüter və noutbukların quraşdırılması və sazlanması
  • Əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırılması
  • Printer, skaner, monitor və digər periferiya avadanlıqlarının quraşdırılması və dəstəyi
  • İP telefonların quraşdırılması və istifadəçilərə təqdim edilməsi
  • Avadanlıq inventarının aparılması və yenilənməsi

Korporativ sistemlər üzrə dəstək

  • Elektron Sənəd Dövriyyəsi və digər korporativ sistemlər üzrə istifadəçi dəstəyinin göstərilməsi
  • Elektron imza və VPN proqramlarının quraşdırılması
  • İstifadəçi hesablarının yaradılması, deaktiv edilməsi və idarə olunması
  • İstifadəçilərin sistemlərdən düzgün istifadəsi ilə bağlı məlumatlandırılması
  • Daxili informasiya sistemləri üzrə ilkin texniki dəstəyin göstərilməsi

Tabeli qurumlar və uzaqdan dəstək

  • Müxtəlif qurumlardan daxil olan texniki müraciətlərin emalı
  • RustDesk, AnyDesk və digər alətlər vasitəsilə uzaqdan dəstəyin göstərilməsi
  • Zəruri hallarda yerində texniki baxış və dəstək işlərinin həyata keçirilməsi
  • Görülən işlərin qeydiyyatı və sənədləşdirilməsi

İnfrastrukturun gündəlik müşayiəti

  • Server və şəbəkə xidmətləri üzrə ilkin monitorinq
  • Monitorinq sistemlərindən daxil olan xəbərdarlıqların izlənməsi
  • Backup proseslərinin nəticələrinin yoxlanılması
  • Kamera, girişə nəzarət və telefoniya sistemləri üzrə ilkin dəstək
  • Texniki problemlərin aidiyyəti üzrə eskalasiyası

​​​​​​​Təklif edirik

  • Dövlət və korporativ layihələrdə iştirak imkanı
  • Peşəkar və inkişafyönümlü komanda mühiti
  • Real layihələr üzərində təcrübə qazanmaq imkanı
  • Peşəkar inkişaf və təlim imkanları
  • Rəqabətli əməkhaqqı və motivasiya paketi

İş yeri - Bakı şəhəri (müştəri ofisində tam ştat əsaslı fəaliyyət).

Tələblər

  • İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
  • İT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi
  • Windows 10/11 əməliyyat sistemləri üzrə yaxşı biliklər
  • Microsoft Office və Outlook proqramları ilə iş təcrübəsi
  • Active Directory, DNS, DHCP və TCP/IP üzrə baza biliklər
  • Printer, skaner və digər ofis avadanlıqları ilə işləmək bacarığı
  • Problemlərin diaqnostikası və operativ həlli bacarığı
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı
  • Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma

​​​​​​​Üstünlük hesab olunur

  • VMware və ya Hyper-V üzrə biliklər
  • Zabbix və ya digər monitorinq sistemləri ilə iş təcrübəsi
  • VPN texnologiyaları üzrə təcrübə
  • Windows Server mühitində iş təcrübəsi
  • Veeam Backup və ya digər backup həlləri ilə tanışlıq
  • 3CX və ya digər IP telefoniya sistemləri üzrə biliklər

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar