Azerconnect LLC

IT System Administrator

Azerconnect LLC
Ə/h razılaşma ilə
2893
Tam iş günü
Bakı, Azərbaycan
19/02/2026 - 05/03/2026

İş haqqında məlumat

  • Azerconnect İT sistemlərini (Unix, Linux) idarə etmək;
  • İT əməliyyatları strategiyasını dəstəkləmək;
  • İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq; 
  • Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
  • Qabaqlayıcı tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq;
  • Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək; 
  • Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq;
  • Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;
  • Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat;
  • Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək;
  • 2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək;
  • Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək;
  • Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOSU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
  • Hadisələr və ya nöqsanlar barədə HOSU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək;
  • Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək; 
  • İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;  

Tələblər

  • Texniki Bakalavr dərəcəsi/Ali təhsil
  • Red Hat Certified ( RHCSA , RHCE) sertifikatlarına sahib olmaq tövsiyə olunur;
  • IT  sahəsində min. 3 il iş təcrübəsi; 
  • Mürəkkəb mühitlərdə idarəetmə üzrə ən az 3 il təcrübəyə malik olmaq;
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq;
  • Problemlərin aşkar edilərək aradan qaldırılması metodologiyaları üzrə təcrübəyə malik olmaq; 
  • Mövcud və ortaya çıxan İT texnologiyaları barədə müvafiq anlayışa malik olmaq; 
  • İT texnologiyalarının müəssisə və biznes sektorlarına necə kömək etməsi barədə müvafiq anlayışa malik olmaq;
  • Unix əsaslı sistemlərin problemlərinin aşkar edilərək aradan qaldırılmasını və bu sistemlərin bərpa edilməsini bacarmaq;
  • Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), sistemləri üzrə təcrübəyə malik olmaq 
  • DNS, DHCP, VPN (virtual özəl şəbəkə), FTP (Faylların  ötürülmə protokolu), internet protokolları və xidmətləri, verilənlərin kommunikasiyası məhsulları barədə  biliyə malik olmaq ;
  • Verilənlərin saxlanması şəbəkələri (Storage Area networks) və protokolları (FCP, FCIP, FCoE), çox yollu texnologiyalar (MPIO), disklər, həcmlər, fayl sistemlərinin birləşdirilməsi nöqtələrini aydın şəkildə başa düşmək;

Oxşar vakansiyalar