Bakı,
Azərbaycan
27.08.2025 04:47
-
27.09.2025 12:00
İş haqqında məlumat
- Mövcud və yeni proqram təminatlarının, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək;
- Yeni və mövcud xidmət və tətbiqlər üçün “ATP” və “UAT” testlərin hazırlanması;
- Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
- Sənədlərin nəzərdən keçirilmə prosesində iştirak etmək;
- Test nəticələrini və məhsulun son vəziyyətini göstərən test hesabatları yaratmaq;
- Vendor və Azerconnect proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
- Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək;
- Daxili qaydalara və prosedurlara riayət etmək;
- TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək.
Tələblər
- Bakalavr dərəcəsi (texniki sahəyə üstünlük verilir);
- Mobil şəbəkə üzrə biliklər arzu olunandır;
- Keyfiyyət idarəetmə metodologiyaları haqqında biliklər;
- Test sənədlərinin işlənməsi və inkişafı üzrə biliklər;
- Testetmə və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
- Mobil rabitə sahəsində 1 il iş təcrübəsi;
- Java, JavaScript (başlanğıc) / HTML;
- UNIX/Linux;
- PL/SQL Proqramlaşdırma bilikləri;
- Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.