Bakı,
Azərbaycan
09.09.2025 03:03
-
09.10.2025 12:00
İş haqqında məlumat
- Departamentin nəzarət dairəsinə daxil olan və ya əlaqəli biznes proseslərin təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi üçün tapşırıqların icrası;
- Növbəli və növbədənkənar IT risklərin yenidən dəyərləndirilməsi üzrə sorğuların əsaslandırılması və IT risklərin idarə edilməsi şöbəsinə göndərilməsi;
- Normativ-hüquqi sənədlərin, daxili qaydaların və prosedurların uyğunluq baxımından təhlili və müvafiq təkliflərin verilməsi;
- İnformasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması və elektron idarəetmə ilə bağlı milli və beynəlxalq qanunvericilik tələblərinin təhlil edilməsi və uyğunluq vəziyyəti üzrə təkliflərin verilməsi;
- IT uyğunluq üzrə daxili və xarici qiymətləndirmədə mütəxəssis dəstəyinin verilməsi;
- Qanunvericilik dəyişikliklərinin biznes proseslərə təsirinin qiymətləndirilməsi və uyğunluğun təmin edilməsi üçün təkliflərin hazırlanması;
- IT uyğunluq üzrə yoxlamaların aparılmasına və hesabatların hazırlanmasına dəstək;
- Şöbənin fəaliyyət istiqamətlərindən irəli gələn digər tapşırıqların icrası, hesabat və təqdimatların hazırlanması.
Biz nə təklif edirik:
- İş qarfiki 5/2, 09.00-18.00;
- Nahar xərcinin ödənişi;
- İllik performans və layihə bonusları;
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim;
- “Learning Hub” platformalarından istifadə imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Ali təhsil (hüquq ixtisası arzuolunandır; əlavə olaraq informasiya texnologiyaları, idarəetmə və digər əlaqəli sahələr üstünlükdür);
- Hüquqi sənədlərin təhlili və uyğunluq yoxlamaları üzrə ilkin iş təcrübəsi arzuolunandır;
- Azərbaycan Respublikasının qanunvericiliyi, xüsusilə də informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması və kibertəhlükəsizlik üzrə fundamental biliklər;
- Analitik düşünmə və yazılı hesabat hazırlama bacarığı;
- IT uyğunluq və risk idarəetməsi üzrə öyrənməyə həvəs və inkişaf potensialı;
- Azərbaycan dilində mükəmməl, ingilis dilində yaxşı, rus dilində orta səviyyədə ünsiyyət bacarığı (arzuolunandır).