Universal Group of Companies

İT üzrə kiçik mütəxəssis

Universal Group of Companies
Ə/h razılaşma ilə
1652
Tam iş günü
Bakı, Azərbaycan
06.08.2025 10:36 - 06.09.2025 12:00

İş haqqında məlumat

  • Daxil olan sorğuların vaxtında və düzgün həll edilməsinin təmin olunması;
  • İstifadəçi kompüterlərində və İKT avadanlıqlarında baş vermiş problemlərin müəyyənləşdirilməsi və operativ şəkildə aradan qaldırılması;
  • Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımi texniki işlərin görülməsi;
  • Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpası;
  • Sistem səhvlərinin aşkarlanması və aradan qaldırılması;
  • İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İP telefonların ayarlanması, e-poçt hesablarının qurulması, printer və skanerlərin sistemə əlavə olunması və digər müvafiq texniki işlərin icrası;
  • Zəruri hallarda masaüstü və noutbuk avadanlıqlarının texniki hissələrinin yenilənməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00 – 18:00
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “İT üzrə kiçik mütəxəxssis” yazaraq göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (İKT sahəsində təhsil üstünlükdür);
  • İKT sahəsində minimum 3 il iş təcrübəsi;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Detallara diqqətli olmaq və nəticəyə yönəlik işləmək;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
  • Windows və macOS əməliyyat sistemləri üzrə dərin biliklər;
  • Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza bilikləri;
  • TCP/IP, DNS, DHCP, LAN, VLAN, WLAN və VPN protokolları barədə anlayış;
  • Acronis, Veeam, FreeNAS və digər ehtiyat nüsxə proqram təminatları ilə iş təcrübəsi;
  • AP, Router, şəbəkə printerləri və skanerlər kimi avadanlıqların sazlanması üzrə biliklər.


Oxşar vakansiyalar