Bakı,
Azərbaycan
04/09/2026
-
18/09/2026
İş haqqında məlumat
- Kompüter, monitor, klaviatura, mouse, printer və digər İT avadanlıqlarının quraşdırılması və sazlanmasını həyata keçirmək;
- Yeni İT avadanlıqlarının ilkin quraşdırılmasını və işə hazırlanmasını təmin etmək;
- Şəbəkə və kabel infrastrukturunun çəkilməsi, quraşdırılması və texniki sazlanmasında iştirak etmək;
- Kompüter və periferiya avadanlıqları ilə bağlı yaranan texniki problemlərin aradan qaldırılmasına dəstək olmaq;
- İT avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək;
- İT şöbəsinin gündəlik texniki işlərinin icrasında dəstək göstərmək.
Tələblər
- Orta, orta ixtisas və ya peşə təhsili;
- Kompüter və İT avadanlıqları ilə işləmək üzrə ilkin praktiki biliklər;
- Kompüter, monitor, printer, klaviatura, mouse və digər periferiya qurğularının quraşdırılması və sazlanması üzrə bacarıqlar;
- Şəbəkə və kabel infrastrukturu üzrə ilkin biliklər;
- Texniki məsələlərə maraq və öyrənməyə açıqlıq;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
- Azərbaycan dili sərbəst, rus dili biliyi üstünlükdür.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.