Kaspi Təhsil Şirkəti

IT üzrə mütəxəssis

Ə/h razılaşma ilə
2591
Tam iş günü
Bakı, Azərbaycan
03.03.25 - 03.04.25

İş haqqında məlumat

  • Şəbəkə əlaqəsi, İnternetə çıxış, elektron poçt və s. daxil  olmaqla müəssisənin İKT infrastrukturu qurmaq və  fasiləsiz işini təmin etmək;
  • LAN, WAN sahə şəbəkələrinin idarə olunması ilə bağlı yaranan məsələlərdən agah olmaq və şəbəkələrin qurulmasını və fasiləsiz işləməsini təmin etmək;
  • Şəbəkə printerlərinin, şəbəkədə paylaşılan qovluqların, IP telefonların, Çağrı Mərkəzi proqramının, marşrutlayıcı (router) və çeviricilərin (switch), şəbəkədə olan kamera və girişin idarə edilməsi mexanizminin və s. işləməsi təmin etmək;
  • İnternetin fasiləsiz işləməsinə və sürətinə nəzarət etmək, problem yarandığı halda aradan qaldırmaq, WAP (Wireless Access Point) avadanlıqlarının qurulmasını və şəbəkəyə uyğunlaşdırılmasını təmin etmək;
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
  • IP-telefoniyanın qurulmasını təmin etmək;
  • Telefon sisteminin idarə olunmasına və texniki xidmətinə yardım etmək;
  • Korporativ tətbiqlərin, daxili şirkət serverlərinin, istifadəçi iş masasının quraşdırılmasına yardım etmək;
  • Əsas nasazlıqları aradan qaldırmağa (troubleshooting), ehtiyat nüsxə (backup) və arxiv formalaşdırmağa yardım etmək;
  • İş saatları: I-V günlər, 08:00-17:00;
  • İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC. 

Tələblər

  • Server avadanlıqları üzrə iş təcrübəsi;
  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi; 
  • Windows ƏS üzrə biliklər;
  • MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
  • LANs, WANs, şəbəkə seqmentləri, İnternet və İntranet sistemləri üzrə biliklər;
  • Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
  • Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
  • Access Control system üzrə biliklər (arzu olunandır);
  • Security Camera Systems üzrə biliklər (arzu olunandır);
  • Windows server 2012 R2 üzrə biliklər (arzu olunandır).


Elanın müddəti bitmişdir