Bakı,
Azərbaycan
20/05/2026
-
03/06/2026
İş haqqında məlumat
- İT sahəsi üzrə gündəlik texniki dəstək xidmətlərini müstəqil şəkildə həyata keçirmək
- Kompüter avadanlıqları, şəbəkə və proqram təminatının fasiləsiz işləməsinə nəzarət etmək
- İT infrastrukturun düzgün və təhlükəsiz fəaliyyətini təmin etmək
- Sistemlərin quraşdırılması, yenilənməsi və texniki baxışını yerinə yetirmək
- İstifadəçilərə texniki dəstək göstərmək və yaranan problemləri operativ şəkildə həll etmək
- Proqram təminatının düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq
- Şəbəkə və serverlərin stabil fəaliyyətini təmin etmək
- İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək
- Məlumatların ehtiyat nüsxələrinin (backup) hazırlanmasını və qorunmasını həyata keçirmək
- İT avadanlıqlarının qeydiyyatını və texniki vəziyyətinə nəzarəti aparmaq
- İstifadəçilərin sistem və proqramlardan düzgün istifadəsi üzrə dəstək göstərmək
- Fövqəladə texniki problemlərə operativ müdaxilə etmək
- Rəhbərliyə İT sistemlərin vəziyyəti barədə məlumat vermək və hesabat hazırlamaq
- Avadanlıq və proqram təminatının təhlükəsiz istismar qaydalarına riayət olunmasını təmin etmək
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Tələblər
- İT və ya müvafiq texniki sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dilini səlis, İngilis dilini isə yaxşı səviyyədə bilmək
- CompTIA A+, Microsoft MCSA / MD-100, ITIL Foundation və ya oxşar İT sertifikatlarına sahib olmaq
- İT avadanlıqlarında ilkin diaqnostika və nasazlıqların aradan qaldırılması bacarığı
- Remote support alətləri (TeamViewer, AnyDesk və s.) ilə işləmək bacarığı
- Microsoft 365 (Teams, Outlook, SharePoint) platformasının idarə edilməsi üzrə biliklər
- Şəbəkə əsasları üzrə biliklər (TCP/IP, DNS, DHCP, VPN, Wi-Fi)
- Active Directory üzərində istifadəçi hesablarının yaradılması və idarə edilməsi bacarığı
- Texniki problemləri operativ və müstəqil şəkildə həll etmək bacarığı
- Analitik düşünmə və məsuliyyətli yanaşma
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.