Bakı,
Azərbaycan
08/01/2026
-
22/01/2026
İş haqqında məlumat
- Azerconnect İT sistemlərini (Windows, Unix, Sun Solaris, Linux) idarə etmək;
- İT əməliyyatları strategiyasını dəstəkləmək;
- İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq;
- Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
- Qabaqlayıcı tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq;
- Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək;
- Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq;
- Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;
- Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat;
- Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək;
- 2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək;
- Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək;
- Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOSU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
- Hadisələr və ya nöqsanlar barədə HOSU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək;
- Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək;
- İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;
- AZRC İT siyasətlərinə tam əməl etmək;
- İT Təhlükəsizlik siyasətləri və göstərişlərinə əməl etmək;
- Azerconnectin dəyişikliklərin idarə edilməsi göstərişlərinə tam əməl etmək;
- Azerconnectin bütün inzibati tələblərinə tam əməl etmək;
- Müdiriyyət tərəfindən tapşırılan vəzifə ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
- Daxili tənzimləmə və prosedurları nəzərə almaq və onlara əməl etmək.
İT avadanlıqları konseptləri:
- RAID (Ucuz Disklərin Çox sayda Sıralanması)
- SAN (Verilənlərin saxlanması şəbəkələri)
- x86 arxitekturası
- SCSI (Kiçik kompüter sistemləri interfeysi)
- iSCSI (İnternet əsaslı kiçik kompüter sistemləri interfeysi)
- FCP (Fibra kanal protokolu)
- FCIP (İP üzrə fibra kanal)
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiyaı;
- Performans əsasında həvəsləndirici və bonuslar;
- Əlavə imtiyazlar;
- Performansa əsaslanan mədəniyyət;
- Müxtəlif təhsil və inkişaf imkanları;
- Karyera inkişaf imkanı;
- Hibrid iş imkanı;
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
- Innovativ məhsullar və rəqəmsallaşma;
- Beynəlxalq təcrübə;
- Yüksək bacarığa malik peşəkar komanda;
- Kross-funksional əməkdaşlıq;
- Təcrübə mübadiləsi.
Tələblər
- Texniki Bakalavr dərəcəsi/Ali təhsil
- Microsoft ( MCP, MCSA) , Red Hat Certified ( RHCSA , RHCE) sertifikatlarına sahib olmaq tövsiyə olunur;
- IT sahəsində min. 3 il iş təcrübəsi;
- Mürəkkəb mühitlərdə idarəetmə üzrə ən az 3 il təcrübəyə malik olmaq;
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq;
- Problemlərin aşkar edilərək aradan qaldırılması metodologiyaları üzrə təcrübəyə malik olmaq;
- Mövcud və ortaya çıxan İT texnologiyaları barədə müvafiq anlayışa malik olmaq;
- İT texnologiyalarının müəssisə və biznes sektorlarına necə kömək etməsi barədə müvafiq anlayışa malik olmaq;
- Windows və Unix əsaslı sistemlərin problemlərinin aşkar edilərək aradan qaldırılmasını və bu sistemlərin bərpa edilməsini bacarmaq;
- MS Active Directory, MS Exchange 2010/2013/2016,Windows 2008/2012/2016/2019 üzrə təcrübəyə malik olmaq;
- Windows Server 2012/2016/2019 or Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), Solaris, BSD sistemləri üzrə təcrübəyə malik olmaq'
- Qoruyucu divarlar (firewalls), ruterlər, şəbəkə açarları, DNS, DHCP, VPN (virtual özəl şəbəkə), FTP (Faylların ötürülmə protokolu), internet protokolları və xidmətləri, verilənlərin kommunikasiyası məhsulları barədə biliyə malik olmaq;
- Verilənlərin saxlanması şəbəkələri (Storage Area networks) və protokolları (FCP, FCIP, FCoE), çox yollu texnologiyalar (MPIO), disklər, həcmlər, fayl sistemlərinin birləşdirilməsi nöqtələrini aydın şəkildə başa düşmək;
- Avadanlıqları mühafizə etmək bacarığına malik olmaq;
- OSI model (açıq sistemlərin etalon modeli) barədə anlayışa malik olmaq;
- Verilənlər mərkəzi mühiti barədə biliyə malik olmaq.