Iktex LLC

İT üzrə Texniki Dəstək Mütəxəssisi

Iktex LLC
700 - 1000 ₼
6188
Tam iş günü
Bakı, Azərbaycan
11/02/2026 - 25/02/2026

İş haqqında məlumat

  • Sistem səhvlərinin və avadanlıqların diaqnostikasını aparmaq, nasazlıqları aradan qaldırmaq
  • İstifadəçilər tərəfindən müraciət edilən problemlərin tam və vaxtında həllini təmin etmək
  • Yeni kompüterlərin quraşdırılmasını həyata keçirmək və korporativ domenə qoşmaq
  • Yeni istifadəçilər üçün hesablar yaratmaq və müvafiq sazlamaları aparmaq
  • USB və şəbəkə printerləri, həmçinin skanerlərlə bağlı yaranan problemləri aradan qaldırmaq
  • İT avadanlıqlarının dəyişdirilməsini və zərurət yarandıqda təmirini həyata keçirmək
  • DVR və NVR avadanlıqlarını quraşdırmaq və sazlamaq
  • Kompüterlərin təmirini həyata keçirmək (RAM, HDD/SSD, enerji bloku, termopastanın dəyişdirilməsi və s.)
  • Kamera, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqlarının quraşdırılmasını təmin etmək
  • Mövcud şəbəkə xətlərində yaranan problemləri müəyyən etmək və aradan qaldırmaq

Əmək haqqı:

  • Əmək haqqı 700–1000 AZN aralığında olmaqla, namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcəkdir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi.

Tələblər

  • Orta ixtisas və ya ali təhsil
  • Hərbi mükəlləfiyyətli olmaq
  • Yaş həddi: 20–25 yaş
  • Yaxşı ünsiyyət bacarıqları
  • Analitik düşünmə qabiliyyəti
  • Zamanın effektiv idarə olunması bacarığı
  • Microsoft Windows əməliyyat sistemi üzrə biliklər
  • IP və analoq kameralar üzrə ilkin biliklər
  • Kabel çəkilişi və digər oxşar fiziki işləri yerinə yetirmə bacarığı
  • IP telefoniya sistemlərinin quraşdırılması üzrə biliklər (arzuolunandır)

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar