Iktex LLC

İT üzrə texniki dəstək mütəxəssisi

Iktex LLC
700 - 1000 ₼
783
Tam iş günü
Bakı, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

  • Sistem səhvlərinin və avadanlıqların diaqnozunu aparmaq və nasazlıqları aradan qaldırmaq;
  • İstifadəçi problemlərinin tam həll olunmasını təmin etmək;
  • Yeni kompüterləri quraşdırmaq və korporativ domenə qoşmaq;
  • Yeni istifadəçilər üçün hesablar yaratmaq;
  • USB və şəbəkə printerlərində və skanerlərdə yaranan problemləri aradan qaldırmaq;
  • İT avadanlıqlarını dəyişmək və tələb olunduqda təmir etmək;
  • DVR və NVR avadanlıqlarını quraşdırmaq;
  • Kompüterləri təmir etmək (RAM/HDD/enerji bloku və termopastanın dəyişdirilmək və s.)
  • Kamera, siqnalizasiya və təhlükəsizlik avadanlıqlarını quraşdırmaq;
  • Mövcud şəbəkə xətlərində yaranmış problemlərin müəyyən etmək və aradan qaldırılması.

Üstünlüklərimiz:

  • Professional inkişaf üçün təlimlərin təşkili.

Əmək haqqı:

  • Əmək haqqı 700-1000 AZN, müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır;
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmiləşdirmə.

Tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Ən azı 6 ay iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli olmaq;
  • Yaş həddi - 28 yaş;
  • Yaxşı ünsiyyət bacarıqları; 
  • Analitik düşünmə qabiliyyəti;
  • Zamanın idarə olunması bacarığı;
  • Microsoft Windows Əməliyyat Sistemi üzrə biliklər;
  • İP və analog kameralar üzrə ilkin biliklər;
  • Kabel çəkilişi və digər oxşar fiziki işləri bacarmaq;
  • İP telefoniyaya quraşdırılma üzrə biliklər arzuolunandır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar