Bakı,
Azərbaycan
05.06.2025 22:15
-
05.07.2025 12:00
İş haqqında məlumat
- Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
- Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
- İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
- Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
- İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması prosesinin şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib edilməsi;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasının təmin edilməsi;
- İxrac üzrə satış planının yerinə yetirilməsi;
- Şirkətin yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil edilməsi;
- İxrac sənədlərinin (sertifikatlar, aktlar və s.) hazırlanması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası;
- tibbi sığorta (ailə üzvləri də daxil olmaqla);
- Korporativ nömrə;
- Təlimlərdə iştirak;
- Karyera yüksəlişi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını peşəkar istifadə bacarığı;
- Yüksək səviyyədə qərarvermə bacarığı, analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik, təşəbbüskarlıq;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı;
- Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.