Vision Academy

Java Proqramlaşdırma üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Vision Academy
200 ₼
347
Təcrübə
Bakı, Azərbaycan
21.06.2025 11:16 - 21.07.2025 12:00

İş haqqında məlumat

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

JAVA Əsasları

  • Java sintaksisi və əsas operatorlar;
  • Obyekt yönümlü proqramlaşdırma prinsipləri (OOP);
  • Class, Object, Inheritance, Polymorphism, Encapsulation;
  • Collection Framework və Exception Handling;

Praktiki JAVA Tətbiqləri:

  • Fayl sistemləri və fayllarla işləmə;
  • JDBC ilə verilənlər bazası bağlantısı;
  • MySQL ilə CRUD əməliyyatları;
  • Layihə əsasında mini sistemlərin qurulması (məs: qeydiyyat sistemləri);

Java ilə Web Tətbiqləri (Giriş səviyyəsi):

  • Java Servlet və JSP əsasları;
  • MVC arxitekturası ilə işləmək;
  • Web layihələrin deploy edilməsi (lokal və ya server mühitində);

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir;
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək;
  • Təlim təcrübə proqramı 4.5 ay davam edəcək;
  • Təlim təcrübə proqramı  hər gün 4 saat həftədə  5 dəfə olmaqla ümumilikdə  400 saat  olacaq;
  • 4.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq;
  • Tam Praktik Yanaşma – JAVA bilikləri real layihələr üzərindən öyrədilir;
  • Mentor Dəstəyi – Təcrübəli JAVA proqramçılarından fərdi istiqamət və rəy;
  • Portfolio Layihələri – Bitirdikdən sonra CV-nə əlavə edə biləcəyin real kod nümunələri;
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək;
  • Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara rəsmi sertifikat təqdim olunur;
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman;
  • Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Tələblər

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər;
  • Yaş həddi: 21-35
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər;
  • Ali təhsilli ,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər;
  • JAVA dilini sıfırdan öyrənmək və praktiki bacarıq qazanmaq istəyənlər;
  • Kompüter elmləri və ya mühəndislik ixtisasından  məzun olanlar;
  • Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.


Oxşar vakansiyalar