Engitech

Junior AV & Video Management System Engineer

Engitech
Ə/h razılaşma ilə
6695
Tam iş günü
Bakı, Azərbaycan
28/11/2025 - 28/12/2025

İş haqqında məlumat

  • Video Management System (VMS) infrastrukturunun quraşdırılması və ilkin sazlanması;
  • CCTV kameraların, NVR/DVR qurğularının, monitor sistemlərinin və digər AV avadanlıqlarının konfiqurasiyası və test edilməsi;
  • VMS platformalarında (Hikvision, Milestone, Dahua, Genetec və s.) kamera inteqrasiyası və idarəetmə funksiyalarının təmin edilməsi;
  • Şəbəkə üzərindən AV və video ötürmə sistemlərinin (IP kameralı sistemlər, PoE switch-lər və s.) monitorinqi və problemlərin diaqnostikası;
  • Müştəri layihələrində AV və VMS dizayn, topologiya planlaşdırılması və sənədləşdirmə işlərinə dəstək;
  • Divar, tavan və monitor üzərinə quraşdırılan səsgücləndirici dinamiklərin quraşdırılması;
  • Audio və video siqnal kabellərinin quraşdırılması;
  • AV avadanlıqlarının istifadə etdiyi şəbəkə kabellərinin quraşdırılması;
  • Masaüstü və tavana quraşdırılan mikrofonların quraşdırılması;
  • Audio və video emal avadanlıqlarının quraşdırılması və konfiqurasiyası (səs gücləndirici, mikser, audio matrisa, AV keçid cihazları, əks-səda ləğvedicilər və s.);
  • Fərdi video konfrans dəstinin quraşdırılması (veb kamera, qulaqcıq və s.);
  • AV/VC dəstinin köçürülməsi (avadanlığın sökülməsi və yeni ünvanda quraşdırılması daxil olmaqla);
  • AV/VC avadanlıqlarının ümumi texniki xidməti (lampa, filtr dəyişdirilməsi, AV rəklərində kabel nizamlaması və s.);
  • Müştərilərlə texniki ünsiyyət və operativ problemlərin həlli.

İş rejimi:

  • Həftə içi: 09:00 dan – 18:00 dək
  • Şənbə günü: 09:00 dan – 13:00 dək

Əməkhaqqı: Razılaşma yolu ilə müəyyən olunur (Azn)

Tələblər

  • İnformasiya texnologiyaları, elektrik-elektronika, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə təhsil;
  • IP şəbəkələr, TCP/IP, VLAN, PoE və əsas şəbəkə protokolları haqqında baza biliklər;
  • CCTV və VMS sistemləri üzrə ilkin bilik və konfiqurasiya bacarığı;
  • AV avadanlıqlar (kamera, NVR/DVR, monitor, video wall, mikrofon, speaker) ilə işləmə bacarığı;
  • Windows və Linux sistemlərində AV/VMS proqram təminatının işlənməsi üzrə bilik;
  • Problemlərin operativ həlli və komandada işləmə bacarığı;
  • Texniki sənədləşdirmə və inventar idarəçiliyi bacarığı;
  • Audio-video avadanlıqlarının quraşdırılması, nasazlıqların aradan qaldırılması və texniki xidməti üzrə ən azı 2 il praktiki təcrübə;
  • AV avadanlıqları ilə işləmək təcrübəsi;
  • AV avtomatlaşdırma sistemlərinin proqramlaşdırılmasını, avadanlıq firmware/software yenilənmələrini bilməli;
  • Akustika və video konfrans sistemləri üzrə yaxşı bilik;
  • Kompüter avadanlıqları üzrə bacarıqlar;
  • İngilis dili biliyi üstünlükdür.

Maraqlanan namizədlər cv-lərini  "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar