Aselsan Bakü MMC

Junior Engineer

Aselsan Bakü MMC
Ə/h razılaşma ilə
475
Tam iş günü
Bakı, Azərbaycan
15/04/2026 - 15/05/2026

İş haqqında məlumat

  • Müvafiq layihələrdə alternativ konseptual həllər arasından ən uyğun variantın müəyyən edilməsi üçün analitik modellər və simulyasiyalar vasitəsilə analizlər aparmaq.
  • Sistem/alt sistem layihələndirilməsi və effektivlik analizlərində istifadə olunacaq şəbəkə və server infrastrukturlarının qurulmasında iştirak etmək, infrastrukturu və arxitekturanı layihələndirmək, inteqrasiya fəaliyyətlərini icra etmək və/və ya izləmək.
  • İxtisas sahəsinə aid texnologiyalar, model və simulyasiya üzrə dünyadakı fəaliyyətləri və standartları formalaşdıran qurumların işlərini izləmək.
  • Test infrastrukturlarının yaradılması, saxlanılması və bu fəaliyyətlərdə iştirak etmək.
  • Sahədə həyata keçiriləcək kəşfiyyat, analiz, quraşdırma və istismara qəbul fəaliyyətlərində iştirak etmək.
  • Layihə çərçivəsində görülən işlərə uzaqdan və ya yerində dəstək vermək.
  • Məsuliyyət sahəsinə daxil olan işlər üzrə bütün tərif, planlaşdırma, icra, monitorinq və qiymətləndirmə fəaliyyətlərini layihə məqsədlərinə uyğun şəkildə həyata keçirmək.

Tələblər

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • Yaş həddi: 20–30 yaş;
  • Hərbi xidmətlə bağlı məhdudiyyəti olmamalıdır
    (hərbi xidməti keçmiş, möhləti olan və ya hərbi uçotla bağlı problemi olmayan);
  • Sağlamlıq vəziyyəti vəzifə öhdəliklərini yerinə yetirməyə imkan verməlidir;
  • Ali təhsil-Universitetlərin mühəndislik ixtisasları üzrə məzun;
  • Ən azı 2 (iki) il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və avtomobil idarəetmə bacarığı;
  • Texniki və normativ sənədlərlə işləmə bacarığı;
  • CV ingilis dilində təqdim edilsin..

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;
  • Türk və İngilis dili – texniki səviyyədə.

Peşəkar bilik və bacarıqlar

  • Şəbəkə (Network) mövzularında bilik sahibi (WAN, LAN, Routing, Switching, VLAN, Layer2 və Layer3 rabitə əsaslarını bilən, üstünlük olaraq CCNA sertifikatına malik);
  • Şəbəkə avtomatlaşdırılması və monitorinq alətləri üzrə təcrübəli;
  • Şəbəkə təhlükəsizliyi anlayışlarına və firewall idarəçiliyinə hakim;
  • Virtualizasiya sahəsində Proxmox və VMware texnologiyalarına hakim, bununla bağlı olaraq ortaq yaddaş sistemləri, virtual switch-lər, VLAN strukturu, şəbəkə texnologiyaları və virtual mühit təhlükəsizliyi tətbiqləri üzrə ixtisaslaşmış;
  • Microsoft Active Directory və əsas sistem rolları üzrə bilik sahibi;
  • Yaddaş (Storage) sistemləri üzrə bilikli, storage mapping texnologiyalarını anlayan, FC konfiqurasiyasını mənimsəmiş;
  • Performans və sistem sağlamlığı monitorinq alətlərini istifadə və idarə edə bilən;
  • SQL və NoSQL texnologiyaları üzrə bilik sahibi;
  • Linux (Bash) biliklərinə malik;
  • İnkişaf və deployment proseslərində istifadə olunacaq avtomatlaşdırma skriptlərinin yenilənməsi və saxlanılmasında iştirak etmək;
  • Üstünlük olaraq container və container orchestration texnologiyaları üzrə bilik sahibi;
  • Üstünlük olaraq mikroservis arxitekturası üzrə bilik və təcrübə sahibi.

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli və intizamlı;
  • Komandada işləmə, xidməti intizam və daxili qaydalara riayət etmə bacarığı;
  • Sahə və ezamiyyət işlərinə hazırlıq;
  • Öyrənməyə və peşəkar inkişafına açıq olmaq.

Müüraciət üçün: [email protected]