Bakı,
Azərbaycan
24/04/2026
-
08/05/2026
İş haqqında məlumat
- Oracle Fusion ERP sistemi üzrə biliklərinizi inkişaf etdirəcəksiniz;
- Senior komanda üzvlərinin rəhbərliyi altında ERP həllərin hazırlanmasında iştirak edəcəksiniz;
- SQL sorğularının yazılması və optimizasiyası ilə məşğul olacaqsınız;
- Hesabatların hazırlanmasında (OTBI / BI Publisher) iştirak edəcəksiniz;
- İnteqrasiyaların (REST/SOAP, OIC) hazırlanması və testində dəstək verəcəksiniz;
- ERP ilə bağlı texniki problemlərin araşdırılması və həllində iştirak edəcəksiniz;
- Sadə skriptlər və avtomatlaşdırma alətləri (Python) hazırlayacaqsınız;
- ERP tətbiqlərinin konfiqurasiyası və inkişafında iştirak edəcəksiniz;
- İstifadəçi interfeyslərinin hazırlanmasına dəstək verəcəksiniz (Visual Builder, Sandbox və s.);
- Texniki sənədləşmədə iştirak edəcəksiniz;
- Oracle metodologiyalarına (OUM) uyğun işləməyi öyrənəcəksiniz.
Tələblər
- İnformatika, tətbiqi riyaziyyat və ya İT sahəsində ali təhsil;
- Ən azı bir proqramlaşdırma dili üzrə baza biliklər (Python, Java, C#, JavaScript);
- SQL üzrə baza biliklər (SELECT, JOIN, GROUP BY);
- Relasional verilənlər bazaları barədə ümumi anlayış (Oracle, PostgreSQL və s.);
- Excel ilə işləmə bacarığı (formullar, pivot cədvəllər);
- REST/SOAP API-lər barədə ilkin bilik və HTTP prinsiplərinin anlayışı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- JSON/XML formatları ilə tanışlıq;
- Azərbaycan dili – səlis, İngilis dili – səlis, Rus dili – üstünlükdür.
Arzuolunandır:
- ERP sistemləri ilə tanışlıq (Oracle, SAP və s.);
- Maliyyə üzrə baza biliklər (GL, AP, AR, debit/kredit anlayışı);
- Oracle Integration Cloud (OIC) barədə ilkin anlayış;
- Visual Builder (VBCS) ilə tanışlıq;
- Python ilə işləmə təcrübəsi (pandas və s.).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.