Aselsan Bakü MMC

Junior Network Engineer

Aselsan Bakü MMC
Ə/h razılaşma ilə
5162
Tam iş günü
Bakı, Azərbaycan
26/01/2026 - 26/02/2026

İş haqqında məlumat

  • Şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak;
  • LAN və WAN şəbəkələrinin gündəlik texniki dəstəyi;
  • Şəbəkə insidentlərinin aşkar edilməsi və ilkin diaqnostikası;
  • Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və istismarında iştirak;
  • IP planların, şəbəkə sxemlərinin və texniki sənədlərin hazırlanması;
  • Texniki hesabatların tərtib edilməsində iştirak;
  • Çətin texniki məsələlərin yuxarı səviyyəli mütəxəssislərə ötürülməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə daxili qaydalara riayət;
  • Sahə obyektlərində işləməyə və ezamiyyətlərə hazırlıq;
  • Şəbəkə təhlükəsizliyi tədbirlərinin icrasında iştirak;
  • Konfidensial məlumatların qorunmasına məsuliyyət;
  • Maaş: Müsahibə əsasında;
  • İş rejimi: Tam iş günü (5 gün);
  • Müqavilə: Əmək müqaviləsi.

Tələblər

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • Yaş həddi: 20–30 yaş;
  • Hərbi xidmətlə bağlı məhdudiyyəti olmamalıdır
    (hərbi xidməti keçmiş, möhləti olan və ya hərbi uçotla bağlı problemi olmayan);
  • Sağlamlıq vəziyyəti vəzifə öhdəliklərini yerinə yetirməyə imkan verməlidir;
  •  Ali təhsil-İnformasiya texnologiyaları,Şəbəkə texnologiyaları,Telekommunikasiya və ya əlaqəli ixtisaslar üzrə;
  • Şəbəkə sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və avtomobil idarəetmə bacarığı;
  • Texniki və normativ sənədlərlə işləmə bacarığı;
  • Dil bilikləri:Azərbaycan dili – sərbəst, Türk və İngilis dili – texniki səviyyədə.

Peşəkar bilik və bacarıqlar

  • OSI və TCP/IP modelləri üzrə biliklər;
  • IP ünvanlama və subnetting üzrə praktiki anlayış;
  • TCP/UDP, ARP, ICMP, DNS, DHCP protokolları üzrə biliklər;
  • Kommutator və marşrutlaşdırıcıların iş prinsipləri;
  • VLAN, Access və Trunk portların konfiqurasiyası üzrə baza biliklər;
  • Statik marşrutlaşdırma, NAT və VPN texnologiyaları üzrə ilkin biliklər;
  • Şəbəkə avadanlıqları (Cisco, MikroTik, Huawei və ya analoji) ilə iş bacarığı;
  • CLI mühitində işləmə bacarığı;

Üstünlük veriləcək namizədlər

  • Əlavə IT sertifikatları (CompTIA Network+, CCNP, Microsoft, AWS və s.) olanlar;
  • Praktiki təcrübəsi olanlar (internship və ya junior mühəndis kimi);
  • Kibertəhlükəsizlik sahəsində biliklərə sahib olanlar;

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli və intizami;
  • Komandada işləmə, xidməti intizam və daxili qaydalara riayət etmə bacarığı;
  • Sahə və ezamiyyət işlərinə hazırlıq;
  • Öyrənməyə və peşəkar inkişafına açıq olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər və ya [email protected] qeyd olunan mail ünvanına göndərə bilərsiniz.