Sofcon Group

Junior Procurement Specialist

Sofcon Group
Ə/h razılaşma ilə
185
Tam iş günü
Bakı, Azərbaycan
18/09/2026 - 02/10/2026

İş haqqında məlumat

Sofcon Group olaraq Satınalma komandamızı genişləndiririk. Bu istiqamətdə inkişaf etmək və peşəkar təcrübə qazanmaq istəyən namizədləri Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin qəbulu və icrasında iştirak etmək;
  • Potensial təchizatçıların araşdırılması və uyğun təkliflərin toplanmasını həyata keçirmək;
  • Qiymət təkliflərini müqayisə etmək və müvafiq hesabatları hazırlamaq;
  • Təchizatçılarla yazılı və şifahi danışıqlar aparmaq;
  • Satınalma sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;
  • Sifarişlərin icra vəziyyətini izləmək və aidiyyəti şəxslərə məlumat vermək;
  • Texniki heyət və digər struktur bölmələrlə koordinasiyalı şəkildə çalışmaq.

Tələblər

  • Yaş: 21–30;
  • Qadın və bəy namizədlər;
  • Mühəndislik və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Satınalma və ya əlaqəli sahədə 1 ilədək iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • İngilis dili – C1 səviyyəsində sərbəst danışıq bacarığı (mütləqdir);
  • Rus dili – əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək məsuliyyət hissi;
  • Komandada işləmək bacarığı;
  • Satınalma sahəsində inkişaf etməyə və öyrənməyə yüksək motivasiya.

​​​​​​​İş şəraiti:

  • İş yeri: Caspian Plaza, Sofcon Group;
  • İş qrafiki: 5 günlük qrafik;
  • İş saatları: 09:00–18:00;
  • Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

Oxşar vakansiyalar