SOCAR

Kadrlar üzrə aparıcı mütəxəssis

SOCAR
Ə/h razılaşma ilə
909
Tam iş günü
Bakı, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

  • Əmək müqavilələrini bağlamaq; 
  • Əmək müqaviləsini tərtib etmək; 
  • Əmək müqaviləsinin işçi tərəfindən imzalanmasını təmin etmək və işə götürənə təqdim etmək; 
  • Əmək müqaviləsini müvafiq qeydiyyat jurnalında qeydə almaq; 
  • Əmək müqaviləsinin bir nüsxəsinin işçiyə təqdim etmək; 
  • İşə qəbul edilən işçi haqqında məlumatların SAP ERP sisteminə daxil etmək; (İşçi haqqında şəxsi məlumatları, təhsili, əmək fəaliyyəti, kvotanın yaradılması (əsas və əlavə), hərbi mükəlləfiyyət haqqında məlumatları, statusu haqqında məlumatları, tibbi arayış haqqında məlumatları və s.). 
  • İşə qəbul əmrinin SAP ERP sistemində hazırlanması və çap etmək; 
  • Göndərişin hazırlanması və işçiyə təqdim etmək; 
  • Yeni Əmək kitabçasına işçi haqqında məlumatları yazmaq və imzasın almaq; 
  • Əmək kitabçasına işə qəbul haqqında qeydləri yazmaq; (lazım gəldikdə əmək kitabçasına içliyin əlavə etmək) 
  • Əmək kitabçasını mühafizə olunan standartlara uyğun dəmir seyflərə yerləşdirmək; 
  • Əmək kitabçasının qeydiyyatı jurnalında müvafiq qeydləri aparmaq; 
  • Sosial sığorta kartlarını elektron hökumət portalında sifariş vermək;
  • İşçinin T-2 vərəqəsini hazırlamaq, şəxsi məlumatları vərəqəyə qeyd etmək və işçi tərəfindən imzalanmasını təmin etmək; 
  • Məşğulluq mərkəzindən göndərilmiş işçilərlə müvəqqəti əmək müqaviləsinin bağlamaq; 
  • Əmək müqavilələrinin şərtlərinin dəyişdirmək; 
  • ƏÖD, İş yerinin, Vəzifə (peşə), Əmək funksiyasının dəyişməsi ilə əlaqədar təqdim edilmiş məktubun icrası ilə bağlı ilkin hazırlıq işləri görmək; 
  • Elektron Hökumət Portalında əmək müqaviləsinin şərtlərinə uyğun olaraq dəyişikliklər etmək və bildirişi çap etmək; 
  • Əmək müqaviləsinə yeni əlavəni tərtib etmək; 
  • Əmək müqaviləsinə yeni əlavənin işçi ilə tanış edilməsi və imzasının təmin etmək; 
  • Əmək müqaviləsinə yeni əlavəni işə götürənə təqdim etmək;
  • İmzalanmış əmək müqaviləsinin yeni dəyişikliyinin bir nüsxəsini işçiyə təqdim etmək; 
  • Qeydiyyat jurnalında işçiyə Əmək müqaviləsinin yeni əlavəsinin təqdim edilməsi barədə təsdiq edici imzanı almaq; 
  • İşçi haqqında məlumatları SAP ERP sisteminə daxil etmək (ehtiyac yarandıqda) (İşçi haqqında şəxsi məlumatlar, təhsili, əmək fəaliyyəti, kvotanın yaradılması (əsas və əlavə), hərbi mükəlləfiyyət haqqında məlumatlar, statusu haqqında məlumatlar,) 
  • ƏÖD, İş yerinin,Vəzifə (peşə), Əmək funksiyasının dəyişməsi ilə əlaqədar əmri SAP ERP sistemində hazırlamaq və çap etmək; 
  • ƏÖD, İş yerinin,Vəzifə (peşə), Əmək funksiyasının dəyişməsi ilə əlaqədar əmri işə götürənə təqdim etmək; 
  • Əmək kitabçasına müvafiq qeydiyyatları aparmaq; 
  • Göndərişi hazırlamaq və işçiyə təqdim etmək; 
  • Əmək müqavilələrinə xitam vermək; 
  • Öz xahişi ilə işdən azad ərizəyə, tibbi sosial ekspert komissiyasının qərarına, ölüm haqqında şəhadətnaməyə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə, müddətli əmək müqaviləsinə, HİK protokoluna, yuxarı təşkilat tərəfindən təqdim edilmiş struktur dəyişikliyi haqqında əmrə (5 misli haqqında razılaşma məktubu və sosial dayanıqlıq haqqında məktub) əsasən işdən azad əmrini SAP ERP sistemində hazırlamaq və çap etmək; 
  • Elektron Hökumət Portalında işçini işdən azad etmək və bildirişi çap etmək; 
  • İşdən azad edilən işçinin istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması və şəxsi vərəqəyə müvafiq qeydiyyatları aparmaq
  • İşdən azad edilən işçinin haqq-hesab vərəqəsini hazırlamaq; 
  • İşdən azad əmrini işə götürənə təqdim etmək; 
  • İşdən azad edilən işçinin əmək kitabçasında müvafiq qeydiyyatları aparmaq;
  • İşdən azad edilən işçinin əmək kitabçasını işə götürənə təqdim etmək; 
  • Qeydiyyat jurnalında qeydlərin aparılması, işçi tərəfindən imzalanmasını təmin etmək və Əmək kitabçasını təhvil vermək; 
  • Məzuniyyət əmrlərini hazırlamaq; 
  • Sahələr üzrə təqdim edilmiş məzuniyyət qrafikinin incələmək və lazım gəldikdə düzəlişləri etmək; 
  • İdarə üzrə yekun məzuniyyət qrafikini hazırlamaq; İdarə üzrə məzuniyyət qrafikini rəhbərliyə təqdim etmək; (ESD sistemdə) 
  • Məzuniyyət qrafiki üzrə ərizələri qəbul etmək; 
  • Məzuniyyət ərizələrinin icraata alınması, əmrin SAP ERP sistemində hazırlamaq və çap etmək; 
  • Məzuniyyət əmrini rəhbərliyə təqdim etmək (ESD sistemdə) 
  • Məzuniyyət əmrini yayımlamaq (ESD sistemdə) 
  • Təhsil , Sosial, Ödənişsiz və Kollektiv müqaviləyə uyğun məzuniyyət əmrlərini hazırlamaq; 
  • Təhsil, Sosial, Ödənişsiz və Kollektiv müqaviləyə uyğun məzuniyyət ərizəsini qəbul etmək; 

Tələblər

  • Təhsil pilləsi:Ali bakalavr / Müvafiq sahə üzrə
  • Müddəti / İş təcrübəsi:2 İl / Müvafiq sahə üzrə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.