Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
550 - 700 ₼
829
Tam iş günü
Bakı, Azərbaycan
22.10.2025 09:10 - 22.11.2025 12:00

İş haqqında məlumat

  • Məktəbin bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək.
  • Kameralar vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və perimetrini daimi izləmək.
  • Şübhəli hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək.
  • Gündəlik müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək.
  • Şagirdlərin, heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi vasitəsilə dəstək vermək.
  • Kamera otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək.
  • Gözətçilərin koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək (məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək).

Biz təklif edirik:

  • 550 – 700 AZN əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
  • İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan mail ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Kamera Müşahidə Operatoru” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • Ali və ya orta  ixtisas təhsil səviyyəsi
  • Təhlükəsizlik sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək diqqətlilik və məsuliyyət hissi;
  • Müşahidə qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı;
  • Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Kompüter bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır;