Kamera Müşahidə Operatoru
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Ə/h razılaşma ilə
445
Tam iş günü
Bakı,
Azərbaycan
16/06/2026
-
30/06/2026
İş haqqında məlumat
- Məktəbin bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək.
- Kameralar vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və perimetrini daimi izləmək.
- Şübhəli hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək.
- Gündəlik müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək.
- Şagirdlərin, heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi vasitəsilə dəstək vermək.
- Kamera otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək.
- Gözətçilərin koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək (məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək).
Biz təklif edirik:
- Rəqabətə davamlı əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: 5 iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər
- Ali və ya orta ixtisas təhsil səviyyəsi
- Təhlükəsizlik sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş təcrübəsi;
- Yüksək diqqətlilik və məsuliyyət hissi;
- Müşahidə qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı;
- Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Kompüter bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun