hrin.az
Reklam

Kamera quraşdırılması üzrə texnik (Xırdalan)

Azza

Əmək haqqı: Razılaşma

17925 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərXırdalan
CinsKişi
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Kamera quraşdırılması üzrə texnik

AZZA GSC – Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi texniki komandasını gücləndirmək məqsədilə Kamera quraşdırılması üzrə texnik vəzifəsinə vakansiya elan edir.

Namizədə dair tələblər

  • Tam orta təhsil (ali təhsil üstünlükdür);

  • Cins: Kişi;

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

  • Şəbəkə və İT avadanlıqları ilə işləmək bacarığı;

  • Texniki biliklər və problemlərin həllinə operativ yanaşma.

Əsas vəzifə və öhdəliklər

  • Korporativ şəbəkənin iş prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının işini təmin etmək;

  • Texniki problemlərin diaqnostikasını aparmaq və nasazlıqları aradan qaldırmaq;

  • Video müşahidə kameralarının, DVR və NVR sistemlərinin quraşdırılması və konfiqurasiya edilməsi;

  • Kamera sistemləri və şəbəkə avadanlıqları üzrə kabelləşmə işlərinin həyata keçirilməsi;

  • İnternet bağlantısının qurulması və fasiləsiz işləməsinin təmin edilməsi;

  • Texniki nasazlıqların aradan qaldırılması və müvafiq texniki dəstəyin göstərilməsi.

Şirkət tərəfindən təklif olunur

  • Rəsmi əmək müqaviləsi;

  • 5 günlük iş həftəsi;

  • Nahar yeməyi;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

İş yeri: Xırdalan şəhəri.

Müraciət qaydası

Namizədlərdən mövzu bölməsində "Kamera quraşdırılması üzrə texnik" qeyd etməklə, fotoşəkilli CV-lərini elanda göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Reklam