Nur Collection

Kameralara nəzarət üzrə mütəxəssis

Nur Collection
Ə/h razılaşma ilə
4653
Tam iş günü
Bakı, Azərbaycan
12/12/2025 - 19/12/2025

İş haqqında məlumat

  • Kamera sistemlərinin  iş prinsiplərini, parametrlərini və kamera baxış və analiz etmə sistemini yaxşı bilməlidir. (1-3 il iş təcrübəsi);
  • İstehsalat sahəsində təhlükəsizlik və keyfiyyət nəzarəti üçün görüntülərin necə analiz ediləcəyini bilməlidir;
  • Mağaza daxilində müştəri davranışlarını və satış proseslərini müşahidə edərkən düzgün qiymətləndirmə bacarığına sahib olmalıdır;
  • Şübhəli vəziyyətləri, qayda pozuntularını və riskləri vaxtında müəyyən edə bilməlidir;
  • Kamera görüntülərinin saxlanması, arxivləşdirilməsi və lazım olduqda geri dönüşün təmin edilməsi barədə biliklərə sahib olmalıdır;
  • İşıqlandırma, rakurs və görüntü keyfiyyətini optimallaşdırma kimi texniki tənzimləmələri bilməlidir;
  • Məxfilik və şəxsi məlumatların qorunması ilə bağlı hüquqi qaydalara riayət etməlidir;
  • İstehsalat xəttində məhsul axınını, işçi fəaliyyətini və proseslərin düzgünlüyünü dəqiq izləyə bilməlidir;
  • Problem yarandıqda kamera və nəzarət sistemlərində ilkin diaqnostika aparma bacarığı olmalıdır;
  • Mağaza və istehsalda baş verən uyğunsuzluqlar haqqında rəhbərliyinə aydın, qısa və dəqiq hesabatlar təqdim etməyi bacarmalıdır;
  • 6 günlük iş həftəsi (6-ci gün qısa iş);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Nahar fasiləsi:  13:00 -  14:00;
  • Ünvan:  Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü);
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər

  • Orta/Ali təhsil;
  • Müvafik sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Video arxiv axtarışı və görüntü çıxarma bacarığı;
  • Problemləri operativ çözmək və məsuliyyətli olmaq; 
  • Komandada və təkbaşına işləmə qabiliyyəti;
  • Təhlükəsizlik və nəzarət sahəsində çalışmış namizədlərə üstünlük verilir;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq.