Norm ASC

Kapital Xərclərin İdarə Edilməsi üzrə Koordinator

Norm
Ə/h razılaşma ilə
4015
Tam iş günü
Bakı, Azərbaycan
14.08.2025 04:51 - 14.09.2025 12:00

İş haqqında məlumat

  • Mühəndislik işləri üçün dizayn, dizayn araşdırmaları və texniki-iqtisadi əsaslandırmaların hazırlanması və təsdiqi;
  • Kapital layihələr üçün xərc smetalarının, iş cədvəllərinin və layihə planlarının hazırlanması və icra prosesinə nəzarət;
  • Əlaqəli layihələr üzrə texniki əlaqə nöqtəsi funksiyasını yerinə yetirmək və aidiyyəti tərəflərlə koordinasiya aparmaq;
  • Tikinti və mühəndislik xidmətləri üçün daxil olan təkliflərin və qiymətlərin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
  • Layihələrin əhatə dairəsi və cədvəlinin müəyyənləşdirilməsi üçün podratçılar, müştəri nümayəndələri və rəhbərliklə birlikdə texniki detalların və logistikanın qiymətləndirilməsi;
  • Sahə mərhələsində kapital layihələrin icrasına, texniki tələblərə, təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğa nəzarət etmək;
  • Sahə işlərinin qrafikə uyğun icrasını izləmək, podratçı fəaliyyətlərini koordinasiya etmək və texniki problemlərin həllini təmin etmək;
  • Müxtəlif şöbələrdən daxil olan bütün kapital xərclər ilə bağlı məlumatların konsolidasiya edilməsi, dəqiqliyinin yoxlanılması və hesabatların hazırlanması;
  • Kapital xərclərlə bağlı daxili nəzarət və maliyyə hesabatı tələblərinə uyğunluğun təmin edilməsi;
  • Kapital xərclər büdcəsinin düzgün və vaxtında qurulması və proqnozlaşdırılması üçün şöbə rəhbərləri və büdcə sahibləri ilə koordinasiya;
  • Kapital xərclərin səmərəli və effektiv idarə olunması üçün siyasət, prosedur və nəzarət mexanizmlərinin işlənməsinə dəstək göstərmək;
  • İdarəetmə üçün kapital xərclərlə bağlı analitik hesabatların (fərqlərin və tendensiyaların təhlili daxil olmaqla) hazırlanması;
  • Kapital xərclərin düzgün qeydiyyatının və izlənilməsinin təmin olunması üçün mühasibatlıq və maliyyə komandaları ilə əməkdaşlıq;
  • Pul vəsaitlərinin hərəkəti, balans və mənfəət-zərər hesabatları daxil olmaqla maliyyə hesabatlarının hazırlanmasına dəstək;
  • Təchizatçılar və daxili şöbələrlə kapital xərclər üzrə hesab-fakturaların və xərclərin nəzərdən keçirilməsi və uyğunlaşdırılması;
  • Kapital xərclərin idarə olunması üzrə proseslərin təkmilləşdirilməsini müəyyən etmək və həyata keçirmək;
  • CAPEX görüşlərində iclas protokollarının və MOM (Minutes of Meeting) sənədlərinin hazırlanması;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Yanğın, zəlzələ, sel, güclü külək və digər fövqəladə vəziyyətlər zamanı təxliyyə planına uyğun hərəkət etmək;
  • Təhlükəsizlik prosedurlarının davamlı olaraq yenilənməsi və işçilərin maarifləndirilməsi üçün təlimlərdə iştirak və təşkilatçılıq.
  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta;
  • Servis avtobusu;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
  • Digər imtiyazlar.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • İnşaat sahəsində Ali bakalavr təhsili;
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
  • Əla səviyyədə ingilis dili biliyi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük;
  • Yenilikçilik.


Oxşar vakansiyalar