Bakı,
Azərbaycan
24.04.24
-
24.05.24
İş haqqında məlumat
- Rəhbərliyin işlərini, görüşlərini təşkil etmək;
- Gündəlik sənədləşmə və ofis daxili işləri yerinə yetirmək;
- Şirkətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
- Sənədləşmə prosesində meydana çıxan problemlərin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və oxşar sənədlərin kargüzarlıq hissəsinin hazırlanmasını təmin etmək;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə işlərini həyata keçirmək;
- Rəhbərliyin göstərişinə əsasən əmrlər, qərarlar, təlimatlar, müxtəlif prosedurlar yazmaq və ya əvvəldən hazırlanmış sənədlərdə yeni redaksiyalar etmək;
- Telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək;
- Təşkilatın rəsmi yazışmalarını, məktublaşmalarını həyata keçirmək;
- Məktubların tərcüməsini təmin etmək (ehtiyac yaranarsa);
- Ofis əməkdaşlarının təsərrüfat malları ilə təmin edilməsini həyata keçirmək;
- Rəhbərliyə çay, kofe, su vermək;
- Rəhbərliyin iş otağının və iş masasının səliqəsinə və təmizliyinə nəzarət etmək;
- Qonaqları qarşılamaq, ehtiyac yarandıqda onlara çay, kofe, su vermək;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Yaş: 25-35;
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- Cinsi: Xanım;
- Təcrübə: 3-5 ilə qədər;
- Dil bilikləri: Rus və ingilis dili biliyi arzuolunandır;
- Kompüter bacarıqları: Microsoft Word, Excell, 1C proqramı üzrə biliklər;
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Diqqətcil, komandada işləmə bacarığı, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı.
Elanın müddəti bitmişdir