Bakı,
Azərbaycan
30.04.24
-
30.05.24
İş haqqında məlumat
- Kommersiya departamentiə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
- Kommersiya departamentinin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək;
- Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
- İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək;
- Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
- Görüşlərin təşkili, təsdiqi və keçirilməsini təmin etmək;
- Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
- Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək;
- Göndərilən məktubları və sənədləri lazımi qaydada hazırlayıb qeydiyyata salıb, müəyyən ünvana çatdırılmasını təmin etmək;
- İclasların təşkili, zəruri olduqda stenoqrammasının aparılması;
- Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək;
- Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
- Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;
- Təyin edilmiş digər vəzifələri yerinə yetirir;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 5 günlük.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office, kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər, 1C biliyi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dilləri üstünlükdür;
- Yazılı və şifahi ünsiyyət bacarıqları, komandada işləmə qabiliyyəti, detallara diqqət, təşkilatçılıq bacarığı.
Elanın müddəti bitmişdir