İş haqqında məlumat
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
- Daxil olan sənəd və məktubların qəbulu, reyestrləşdirilməsi və aidiyyəti struktur bölmələrinə vaxtında yönləndirilməsinin təmin edilməsi;
- Göndərilən sənədlərin və məktubların düzgün tərtib olunması, redaktə edilməsi rəsmiləşdirilməsi və ünvanlara çatdırılmasının təşkil edilməsi;
- Sənəd dövriyyəsi ilə əlaqədar Kuryer şirkətlərlə iş proseslərinin koordinasiyası və göndərişlərin izlənməsi;
- Məsuliyyət daşıdığı sahələr üzrə yeni qovluqların yaradılması və sənədləşmə standartlarına uyğun idarə olunması;
- Aidiyyatı üzrə daxil olan və göndərilən sənədlərə aid qovluqların tamlığının və ardıcıllığının yoxlanılması;
- Müvafiq sənəd arxivləşməsinin təmin edilməsi;
- Ezamiyyələrlə bağlı tələb olunan sənədlərin hazırlanması, toplanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsinin təmin edilməsi;
- Ezam əmrləri üzrə reyestrin dəqiq və vaxtında aparılması.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sənədlərlə iş üzrə mütəxəssis – Kargüzar” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir)
Tələblər
- Ali və ya Orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi arzu olunandır;
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, Rus və İngilis dilləri üstünlükdür;
- Komputer bilikləri: MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı;
- Peşəkarlıq tələbləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsini biliyi;
- Kargüzarlığın vahid dövlət sistemi üzrə əsas prinsipləri bilikləri;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq qabiliyyəti;
- Təqdimat qabiliyyəti;
- Problem həll etmə bacarığı;
- Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.