Max Print

Kargüzar – Mühasibatlıq (İstehsalat sahəsi)

Max Print
Ə/h razılaşma ilə
2710
Tam iş günü
Bakı, Azərbaycan
24.10.2025 04:13 - 24.11.2025 12:00

İş haqqında məlumat

  • Mühasibatlığa aid sənədlərin idarə olunması və arxivləşdirilməsi (kargüzarlıq funksiyaları);
  • Sənədlərin düzgün və tam şəkildə hazırlanması, sistemdə qeydiyyatının aparılması;
  • Satınalma departamenti üçün sənəd dövriyyəsində köməklik göstərilməsi;
  • Aidiyyəti şöbələrlə gündəlik sənəd mübadiləsinin təmin edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
  • İş yeri: Bakı şəhəri, Nizami metrosunun yanı;
  • Əmək haqqı: müsahibə nəticəsində müəyyən ediləcək;
  • Maliyyə departamenti daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Necə müraciət etməli:
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Mühasibatlıqda kargüzar (İstehsalat)” qeyd edin.

Tələblər

Təhsil:

  • Orta ixtisas və ya ali təhsil.

Təcrübə və bacarıqlar:

  • Sənəd dövriyyəsi və/və ya kargüzarlıq sahəsində iş təcrübəsi;
  • 1C proqramında işləmək bacarığı;
  • MS Office (xüsusilə Excel və Word) proqramlarında sərbəst işləmək.

Şəxsi keyfiyyətlər:

  • Dəqiqlik, diqqətlilik və məsuliyyət;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Böyük informasiya həcmi ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və komanda ilə işləməyə meyillilik.