Grinco

Kargüzar Təcrübəçi

Grinco
Ə/h razılaşma ilə
314
Təcrübə
Bakı, Azərbaycan
03/08/2026 - 17/08/2026

İş haqqında məlumat

  • Grinco MMC inzibati sənəd dövriyyəsi və kargüzarlıq sahəsində karyerasına başlamaq istəyən Kargüzar Təcrübəçi axtarır.
  • Əgər məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli birisinizsə, sənədlərlə işləməyi sevir və peşəkar iş mühitində təcrübə qazanmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri

  • Daxil olan və çıxan sənədlərin qeydiyyatının aparılması;
  • Müqavilələrin, aktların və digər sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi;
  • Elektron sənəd dövriyyəsinin aparılmasına dəstək göstərilməsi;
  • Rəsmi məktubların və digər sənədlərin hazırlanmasında iştirak;
  • Sənədlərin aidiyyəti üzrə yönləndirilməsi və uçotunun aparılması;
  • Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların icrası.

Şirkət tərəfindən təklif olunur

  • Təcrübə müddəti: 2 ay;
  • Təcrübə müddətində minimum zəruri xərclər şirkət tərəfindən qarşılanır;
  • Təcrübə müddətini uğurla başa vuran və qiymətləndirmədən keçən namizədlər daimi işlə təmin olunurlar;
  • Peşəkar mentor dəstəyi və praktiki iş təcrübəsi;
  • Karyera inkişafı imkanları;
  • Müasir və peşəkar iş mühiti.

İş şəraiti

  • İş yeri - Grinco MMC
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1 (Nobel Otelin yanı)
  • İş qrafiki: Bazar ertəsi – Cümə / 08:30 – 17:30

Tələblər

  • Ali təhsil (yeni məzunlara üstünlük verilir);
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmək və öyrənmək həvəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar