hrin.az
Reklam
Azərbaycan Hava Yolları

Karqo idarəsi / Karqo satış qrupu / Aparıcı analitik

Azərbaycan Hava Yolları

Əmək haqqı: Razılaşma

13518 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

Təsvir

  • Karqo daşımaları üzrə məlumatları toplamaq, yoxlamaq və təhlil etmək;
  • Satış, gəlir və reyslərin yüklənmə göstəriciləri üzrə hesabatlar hazırlamaq;
  • Marşrutlar və agentlər üzrə satış nəticələrini müqayisə etmək və qiymətləndirmək;
  • Plan və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək;
  • Satış və gəlirlilik göstəriciləri üzrə proqnozlar hazırlamaq;
  • Əməliyyat səmərəliliyinin artırılması üçün təkliflər vermək;
  • Analitik hesabatların avtomatlaşdırılması prosesində iştirak etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə MS Excel üzrə biliklər;
  • Power BI proqramı üzrə biliklər;
  • Azərbaycan, ingilis və rus dillərini bilmək;
  • Analitik düşünmə, məlumatları təhlil etmək və nəticələr çıxarmaq bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemlərin həlli və qərarvermə bacarıqları;
  • Təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı.

İş qrafiki:

  • 5 günlük.

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Reklam