Holcim Azerbaijan

Karxana Əməliyyatları üzrə Mühəndis

Holcim Azerbaijan
Ə/h razılaşma ilə
1619
Tam iş günü
Bakı, Azərbaycan
09/01/2026 - 23/01/2026

İş haqqında məlumat

  • Resursların səmərəli çıxarılmasını optimallaşdırmaq və karxananın ömrünü uzatmaq üçün mədən strategiyalarını hazırlayır və tətbiq edir
  • Yamacın sabitliyini, əməliyyat səmərəliliyini və təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək məqsədilə mədən pilləsi geometriyasını layihələndirir və ona nəzarət edir
  • İstehsalın geoloji ehtiyatlara və zavod ehtiyaclarına uyğunluğunu təmin etmək üçün blok modellərini idarə edir və təhlil edir
  • Materialların texniki tələblərə uyğunluğunu təmin etmək məqsədilə nümunə götürmə və keyfiyyətə nəzarət proseslərini aparır və onlara nəzarət edir
  • Təhlükəsizlik, dəqiqlik və xərclərin səmərəliliyini təmin edərək partlayış əməliyyatlarını planlaşdırır və icrasına nəzarət edir
  • QSO Expert, AutoCAD, Surpac və ya bənzəri kimi karxana mühəndisliyi və layihələndirmə proqramlarından istifadə etməklə 3D modelləri, texniki çertyojları və əməliyyat planlarını hazırlayır
  • Topoqrafik çəkilişlərin aparılmasına nəzarət edir, dəqiq xəritələrin saxlanılması və karxana qeydlərinin yenilənməsini təmin edir
  • Düzgün material keyfiyyəti və həcmlərinin təmin edilməsi məqsədilə emal zavodu komandaları ilə sıx əməkdaşlıq edir
  • Hər zaman əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə tələblərə daim riayət olunmasını təmin edir
  • Karxana heyətini əməliyyat üzrə qabaqcıl təcrübələrə dair təlimləndirir və yönləndirir

Tələblər

  • Təhsil: Mədən mühəndisliyi, Geologiya, İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: Karxana əməliyyatları və ya açıq mədən sahəsində minimum 5–7 il təcrübə, onlardan ən azı 3 ili mühəndis və ya rəhbər vəzifəsində olmaqla

Texniki biliklər:

  • Mədən pilləsi (bench) layihələndirməsi və partlatma texnologiyaları
  • Karxana planlaşdırılması və resursların idarə edilməsi
  • Blok modellərinin oxunması və geoloji təhlil
  • Sement, aqreqat və ya tikinti sənayesində material keyfiyyətinin idarə olunması

Proqram təminatı bilikləri:

  • QSO Expert və ya bənzər karxana əməliyyatları proqramları
  • AutoCAD, Surpac və ya digər 3D modelləşdirmə və layihələndirmə alətləri
  • GIS/Topoqrafik ölçmə proqramları

Digər bacarıqlar:

  • Güclü analitik və qərarvermə bacarıqları
  • İngilis dili biliyi
  • Texniki çertyojları və karxana xəritələrini oxuma və təhlil etmə qabiliyyəti
  • Effektiv liderlik və ünsiyyət bacarıqları

Üstünlük Verilən Xüsusiyyətlər:

  • Karxana mühəndisliyi layihələndirməsi və geoloji xəritələşdirmə sahəsində təcrübə
  • Mədən əməliyyatlarında ətraf mühitin mühafizəsi və dayanıqlılıq prinsipləri üzrə biliklər
  • İstehsal hədəflərinə çatmaq üçün karxana əməliyyatlarını emal zavodları ilə əlaqələndirmə üzrə təcrübə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar