Karyera İnkişafı və Məzunlarla İş Mərkəzinin direktoru
"Azərbaycan Universiteti" MMC
Ə/h razılaşma ilə
266
Tam iş günü
Bakı,
Azərbaycan
18/09/2026
-
02/10/2026
İş haqqında məlumat
Əmək funksiyası
- Universitetin Strateji İnkişaf Planına uyğun olaraq müvafiq hədəflərin icrasını təmin etmək;
- Universitetin ümumi Fəaliyyət Planına əsasən Mərkəzin illik Fəaliyyət Planını hazırlamaq və rektorluğa təqdim etmək;
- İllik Fəaliyyət Planının icrasına dair illik Hesabatı Universitetin Elmi Şurasına təqdim etmək;
- Mərkəzin fəaliyyətini Universitetin digər struktur bölmələri və qeyri-formal təşkilatlaraa koordinasiyalı şəkildə icra etmək.
Məzunlarla İş
- Universitetdə Məzun Platformasının yaradılmasını və idarə olunmasını təmin etmək;
- Məzun şəbəkəsinin inkişafını, davamlı əlaqə sisteminin formalaşdırılmasını və əmək bazarı ilə institusional inteqrasiyanın gücləndirilməsini təmin etmək;
- Məzunların əmək bazarında iştirakının izlənilməsi mexanizmlərinin yaradılmasını və tətbiqi təmin etmək;
- Məzunların təhsil proqramı çərçivəsində əldə etdiyi səriştələr və təhsil proqramının keyfiyyət səviyyəsi üzrə məmnunluğun ölçülməsini və təhlilini təmin etmək;
- Tələbə və məzunlar arasında keçirilən rəy sorğularının istiqamətlərinin müəyyən edilməsi, nəticələrinin təhlili və sorğu prosesinin effektivliyinin artırılması üzrə fəaliyyətləri təşkil etmək;
- Tələbə və məzunların təklifləri əsasında tətbiq olunan yeniliklərin hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirilməsinə nəzarət etmək;
- Məzunların işlə təmin edilməsinə köməklik göstərmək;
- Məzun günlərinin təşkili və keçirilməsini təşkil etmək;
Karyera İnkşafına dəstək
- Təlim və seminar fəaliyyətlərinin planlaşdırılmasını və keçirilməsinə ümumi nəzarəti həyata keçirmək;
- Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək;
- Karyera inkişafına dəstək xidmətlərinin (CV hazırlanması, iş axtarışı üzrə məsləhət və s.) sistemli təşkili və keyfiyyətinə nəzarəti təmin etmək;
- Vakansiyaların monitorinqi və işəgötürənlərlə əməkdaşlıq sisteminin qurulmasını və davamlılığını təmin etmək;
- Universitetdə karyera günlərini təşkil etmək;
Tələbələrin ixtisas üzrə təcrübə hazırlığına dəstək
- Təcrübə imkanlarının tələbələrə açıq və şəffaf şəkildə elan edilməsini təmin etmək (portal, e-mail, info sessiyalar vasitəsilə) və icrasına nəzarət etmək;
- Təcrübə imkanları üzrə işəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulmasını təmin etmək;
- Təcrübə proqramlarının təşkilində aidiyyəti struktur bölmələrlə (kafedra, Tədris Şöbəsi) koordinasiyanı təmin etmək;
- Müəssisələrlə rəsmi əməkdaşlıq müqavilələrinin və protokolların hazırlanması və razılaşdırılmasını (Hüquq şöbəsi ilə) təmin etmək;
- Hər müəssisə üzrə tələbə qəbulu kvotası, təcrübə müddəti, tələb olunan bacarıqlar və mentor/kurator təyinatının razılaşdırılmasını təmin etmək;
- Təcrübə bazalarının elektron reyestrinin (database) yaradılmasını və mütəmadi yenilənməsinə nəzarət etmək;
- Müəssisələr və təcrübədə iştirak edən tələbələr arasında məmnunluq sorğularının keçirilməsi və nəticələrinin təhlilinə nəzarət etmək;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Bilməlidir
- Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
- CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını;
Tələblər
- Təhsil pilləsi (minimum): Bakalavr
- İxtisası: Fərq qoyulmur
- İş təcrübəsi (minimum): 5 (beş) ildən az olmayaraq əmək stajı
- Dil bilikləri: İngilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
- Kompüter bilikləri: MS ofis proqramları