Bakı,
Azərbaycan
10.09.2025 12:49
-
10.10.2025 12:00
İş haqqında məlumat
- Universitetdə Məzun Platformasını yaratmaq;
- Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək;
- Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq;
- Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin HR menecerləri ilə görüş təşkil etmək və onlarla əməkdaşlıq etmək;
- Universitetdə karyera günlərini təşkil etmək;
- Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək;
- Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək;
- Məzun günlərinin təşkilinə və keçirilməsinə köməklik göstərmək;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
BİLMƏLİDİR
- Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
- CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını.
MƏSULİYYƏTİ
- Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır;
- Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə məsuliyyət daşıyır.
HÜQUQLARI
- Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək;
- Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq;
- Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;
- Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq;
- İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Təhsil pilləsi (minimum): Bakalavr;
- İxtisası: Fərq qoyulmur;
- İş təcrübəsi (minimum): 3 (üç) ildən az olmayaraq əmək stajı;
- Dil bilikləri: Azərbaycan; rus və ingilis dili ;
- Kompüter bilikləri: MS ofis proqramları.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
- Nizam-intizam;
- Dürüstlük ;
- Məsuliyyət;
- Yenilikçilik;
- Etik davranış;
- Nəticəyönümlülük;
- Peşəkarlıq;
- Dəqiqlik;
- Təşəbbüskarlıq.