NBA Technologies International

Kassa və POS terminal üzrə Kiçik mütəxəssis

NBA Technologies International
Ə/h razılaşma ilə
3624
Tam iş günü
Bakı, Azərbaycan
19/02/2026 - 05/03/2026

İş haqqında məlumat

  • POS terminallar, Nəzarət kassa aparatları (NKA) və digər avadanlıqların (fiscalbox və monoblok tipli kassalar) ilkin texniki baxış və test sazlanmasında iştirak etmək;  
  • Obyektlər üzrə açılan ticketlərin icrasının düzgün və vaxtında  həyata keçirilməsi; 
  • Müştərilərdən daxil olan texniki çağırışların qeydiyyatını aparmaq və lazımi texniki heyətə yönləndirmək; 
  • Servislə bağlı ərazidə və ofisə yaxınlaşan müştərilərə dəstəyin göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini təmin etmək. 

İş şəraiti

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 
  • İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
  • Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.

Tələblər

  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur; 
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
  • İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı;
  • Problemləri həll etmə bacarığı;
  • Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
  • Komandada işləmək, öyrənmə bacarıqları;
  • Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.