Kani Dəri Clinic
800 ₼
442
Tam iş günü
Bakı, Azərbaycan
05.11.2025 03:43 - 05.12.2025 12:00

İş haqqında məlumat

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.

İş şərtləri:

  • İş qrafiki: ayda 15 gün iş, 09:00-21:00;
  • Əmək haqqı: 800 net;
  • Sınaq müddəti: 3 ay ;
  • Ərazi: Bakı.

Cv formasında şəkil olması mütləqdir. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kassir” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Staj: 2-3 il;
  • Yaş: 25-dən yuxarı ;
  • Müvafiq sahə üzrə tücrübəsi olan şəxslərə üstünlük verilir;
  • Azərbaycan və rus dilində bilmək;
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.