Bakı,
Azərbaycan
22/01/2026
-
05/02/2026
İş haqqında məlumat
- Mağaza daxili satışların kassaya və ERP Logix proqramına işlənməsi
- Mağaza daxili xərclər olduqda birbaşa rəhbərinin təsdiqi olduqdan sonra kassadan vəsaitin verilməsi
- Gündəlik kassa sayımı etmək və daxil olan vəsaiti mağaza rəhbərinə təhvil vermək
- Günün əvvəlində birbaşa rəhbəri tərəfindən xırda əskinaslarla avans vəsaitini kassaya qəbul etmək
- Mağaza ilə əməkdaşlıq edən dizayner tərəfindən göndərilən çeşidlərə qiymət təklifi hazırlamaq
- Gündəlik kassa hesabatını mağaza rəhbərinə təqdim etmək
- Ehtiyac yarandıqda kassa çekinin dəyişdirilməsi
- Kassa Z hesabatının mühasibə təqdim edilməsi
- Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması
İş şərtləri:
- 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: 600 AZN
- İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Tələblər
- Yaşı: 20-25 yaş
- Cinsi: xanım
- Təhsil tələbləri: bakalavr
- Staja dair tələb: ən azı 1 il (kassa və xəzinədarlıq sahəsində çalışması üstünlükdür)
İxtisas səriştələri:
- Məsuliyyətlilik
- Diqqətlilik
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Logix
- 1C
Dil bilikləri:
- Azərbaycan dili üstün səviyyədə olmalı. Rus və İngilis dili isə arzuolunandır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.