Bakı,
Azərbaycan
10/06/2026
-
24/06/2026
İş haqqında məlumat
- Ödənişləri (nağd və POS-terminal vasitəsilə) dəqiq şəkildə qəbul etmək;
- Müştəri sifarişlərini sistemə operativ və düzgün şəkildə daxil etmək;
- Qalıq məbləğ, endirim və aksiyalar üzrə hesablamaları dəqiq aparmaq;
- Qüsurlu qəbz, qaytarma və dəyişmə əməliyyatlarının qaydalara uyğun işlənməsi;
- Nağd pulun və ödəniş vasitələrinin təhlükəsizliyini təmin etmək;
- Şübhəli ödənişlər və saxta pullarla bağlı qaydalara uyğun hərəkət etmək
- Kassadakı əməliyyatların gündəlik qeydiyyatını aparmaq və hesabat hazırlamaq;
Təklif edirik:
- Əmək haqqı: 700–800 AZN (sabit maaş + bonus sistemi);
- Karyera inkişaf imkanı;
- Gənc və dinamik komanda;
- Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar;
- Rahat və əyləncəli iş mühiti.
Ünvan:
- Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
- Əhmədli.
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas (maliyyə, mühasibatlıq və ya xidmət sahəsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Kassir vəzifəsində minimum 3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- POS-terminal və kassa proqramları üzrə biliklər;
- MS Excel-də işləmə bacarığı;
- Rəqəmlərlə işləmədə dəqiqlik və sürət;
- Məsuliyyətlilik;
- Dürüstlük və diqqətlilik;
- Gülərüz və nəzakətli davranış,
- Stres altında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq (rus dili biliyi üstünlükdür);
- Etik davranış normalarına uyğunluq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.