Bakı,
Azərbaycan
10/08/2026
-
24/08/2026
İş haqqında məlumat
- Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq, məhsullar haqqında məlumat vermək və satış prosesini effektiv şəkildə həyata keçirmək.
- Satış və qaytarma əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək.
- Kassa aparatı, POS terminalı və digər avadanlıqlardan düzgün istifadə etmək, nağd və qeyri-nağd ödənişləri qəbul etmək.
- Maliyyə vəsaitlərinin düzgün hesablanmasını və təhvil verilməsini təmin etmək.
- Məhsulların satışa hazır vəziyyətdə saxlanılmasına və mağazanın ümumi səliqəsinə nəzarət etmək.
- Stok yoxlanışında və məhsulların düzgün yerləşdirilməsində iştirak etmək.
- Müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olunmasına töhfə vermək.
- Daxili qaydalara, korporativ standartlara və məxfilik prinsiplərinə riayət etmək.
İş yeri: Nike – Dəniz Mall
Tələblər
- Kassir və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır).
- Rus dili biliyi (arzuolunandır).
- Nağd pul və POS terminalı ilə işləmək bacarığı.
- Güclü ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma.
- Məsuliyyətlilik, diqqətlilik və dürüstlük.
- Komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun